Accessibility links

Kipr danışıqları mayın 26-da bərpa oluna bilər


Bu ilin əvvəli Kiprin türklər yaşayan hissəsində keçirilən president seçkiləri səbəbilə danışıqlara iki aylıq fasilə verilmişdi

BMT nümayəndəsi deyir ki, 30 ildir davam edən Kipr porbleminin nizama salınmasına dair danışıqlar may ayının son həftəsi yenidən bərpa olunacaq. Təşkilatın baş katibinin Kipr üzrə xüsusi müşaviri Aleksandr Douner bu gün deyib ki, danışıqlar ehtimal ki, may ayının 26-da başlayacaq. Bu ilin əvvəli Kiprin türklər yaşayan hissəsində keçirilən president seçkiləri səbəbilə danışıqlara iki aylıq fasilə verilmişdi. Millətçi Dərviş Əroğlu keçən ay Türk Kiprinin yeni lideri kimi and içib. CƏnab Əroğlu BMT-nin sponsorluğu ilə keçirilən Yunan Kiprinin prezidenti Dmitris Xristifiasla danışıqları davam etdirəcəyini bildirib. Türk Kiprinin sabiq lideri Məhmət Əli Tələt Yunan Kipri ilə birləşmə danışıqlarına 2008-ci ilin sentyabr ayından başlayıb.

XS
SM
MD
LG