Accessibility links

Türkiyənin Kipr siyasəti-Yeni böhran [Təhlil]


Türkiyənin Kiprin qaz və neft kəşfiyyatı gəmisinin müdafiəsi məqsədi ilə hərbi gəmirləri bölgəyə yerləşdirmək qərarı yeni bir diplomatik böhrana yol aça bilər.

Yunanıstan NATO tərəfdaşı Türkiyəni təbii qaz yataqlarının inkişafı sahəsində təhdidlərə yol verməməyə çağırıb.

Yunanıstnaın məsələyə müdaxiləsi regionda mübahisəli enerji yataqları ətrafında gərginliklərin artmasına səbəb olub.

Türkiyə Kiprin qaz və neft kəşfiyyatı gəmisinin müdafiəsi məqsədi ilə hərbi gəmirləri bölgəyə ötən ay yerləşdirib.

Ankara Kirpin Türk bölgəsini rəsmən tanıyır. Beynəlxalq ictimaiyyət tərəfindən tanınan Yunan Kirpi adanın birləşməsi ilə bağlı müzakirələri rədd edib.

Brüsseldə yerləşən Karneqi institunda təcrübə keçən Sinan Ülgen müzakirələrin dayandırılmasının üzun müddət davam edəcəyini bildirir. "Onlar çox kritik bir mərhələyə çatıb. 2004-cü ilə Annanın reyunifikasiya planı müzakirələrə yol açmışdı. Bu, Kirpdə son nizamlama səyi ola bilər."

1974-cü ildə Türkiyənin müdaxiləsi ilə ada ikiyə bölünüb.

Türkiyə yalnız Türk Kipri sularında qaz yataqlarının kəşfiyyatıada iştirak etdiyində israr edir. Lakin Nikosiya enerji mənbələrinin nəzarətinin ona məxsus olduğunu bildirir.

Bundan əvvəlki mübahisələrdə Avropa İtifaqının üzvü olan Kipr hökumətinə görə Türkiyə təzyiqlərə məruz qalmışdı.

Ötən ay Brüssel Türkiyəyə ciddi xəbərdarlıq verib. Lakin təhlilçi Ülgenin dediyinə görə, bu kimi xəbərdarlıqlar əvvəllər olduğu qədər çəkiyə malik deyil. "Avropa İttifaqının Türkiyə üzərində nüfuzu keçmişlə müqayisədə çoz azdır. Qurum Türkiyəni müzakirələrin dondurulması ilə hədələyə bilməyəcək."

Təbii qaz həm nizamlama, həm də münaqişə üçün katalizator ola bilər

Vaşinqton da gərginliklərlə bağlı narhatlığını ifadə edib. Lakin ABŞ bildirib ki, enerji mənbələri adanın birləşməsi üçün təkan ola bilər.

Türkiyənin Milliyet qəzetinin köşə yazarı Kadri Gürsel bu ümidlərin boşa çıxacağını deyir. "Kipr məsələsinin enerji və təhlükəsizlik siyasətinə bağlılığı nizamlama ümidlərini boşa çıxarır. Təbii qaz həm nizamlama, həm də münaqişə üçün katalizator ola bilər. Bu, siyasətçi aktyorların davranışından asılı olacaq."

​Ankaranın Kiprlə bağlı mövqeyi onun İraq və Suriyada cihadçılara qarşı mübarizəyə görə üzləşdiyi tənqidlər vaxtına təsadüf edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə hökumətinin iddialı bir Türkiyə qurduğunu deyir.

Təhlilçilər bildirir ki, Ankaranın Qərb müttəfiqləri üçün mühümlüyü onun Kiprlə bağlı siyasətinə əlavə iddialar qatır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG