Accessibility links

Kipr polisi rus casuslardan birini axtarır


Kristofer Robert Metsos dünən Larnak şəhər polis idarəsinə gəlməyib

Kipr polisi ABŞ tərəfindən Rusiya casusu olmaqda şübhəli bilinən 11 nəfərdən birinin axtarışını davam etdirir. Polis deyir ki, Kristofer Robert Metsos dünən Larnak şəhər polis idarəsinə gəlməyib. Kipr rəsmiləri ona zamin durandan sonra Metsosun idarəyə gələcəyi gözlənilirdi. Metsosun adı ABŞ-ın Rusiyanın xarici kəşfiyyat idarəsi üçün çalışmaqda ittiham etdiyi rus casusların siyahısındadır. Birləşmiş Ştatlardan 10 casusu nəzarət altına alıb. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bu həbslərin Vaşinqtonla münasibətlərə ziyan vuracağı gözlənilmir.

XS
SM
MD
LG