Accessibility links

Qədim Kir silindrinin Vaşinqtonda debütü [Video]


Eramızdan əvvəl VI əsrin gil silindri Vaşinqtonda debütünü edir. Amerika futbol topundan da kiçik olan bu obyekt tariximizin ən dəyərli abidəsi hesab edilir.

Üzərində dünyanın ən qədim dillərindən biri olan babil hərfləri 2600 il bundan əvvəl yaşamış Böyük İran şahı Kirin kəlamları həkk edilib.

Bir çoxları bunun bəşəriyyətin ilk insan hüquqları bəyannaməsi olduğuna inanır.

Britaniya muzeyinin bu eksponatı Amerikanın Smitsonian muzeyində qoyulub.
Silindr bir zamanlar Babilistanda yerə basdırılmışdı. Kir eramızdan əvvəl 539 ildə bu bölgəni zəbt etmişdi.

Silindr 1879-cu ildə aşkar edilərək Britaniya muzeyi eksponatları arasında yer almışdı.

Bu ekspanat üzərində Kirin şəhəri ələ keçirməsi və insanlara etiqad azadlığının bəxş edilməsi haqda məlumatı yer alır.

Amerikanın atası kimi tanınan Tomas Cefferson qədim yunan yazıçısı Ksenofonun Kir haqda yazdığı əsərdən ilham almışdı.

Kir silindri Vaşinqton muzeyindən sonra ABŞ-ın digər 4 muzeyində də nümayiş etdiriləcək.
XS
SM
MD
LG