Accessibility links

BMT rəsmisi: Şimali Koreyanın həbs düşərgələrində uşaqlar siçan və ot yeyirlər


BMT-nin insan hüquqları üzrə təhqiqatçısı Şimali Koreyanın həbs düşərgələrindən xilas olanların dəhşətlərlə üzləşdiyini deyib.

Maykl Kirbi bir neçə ay Seul və Tokioda keçirilən dinləmələrdən sonra bu gün Cenevrədə hesabat verib. O, sabiq məhbuslar da daxil edilməklə, Şimali Koreyadan qaçan insanlarla müsahibələr keçirildiyini bildirib.

BMT rəsmisi uşaqların siçan və ot yeməyə məcbur olduqlarını danışan bir kişinin hekayəsini nəql edib. Maykl Kirbi bir qadının öz uşağını boğmağa məcbur edildiyinin şahidi olan qadının ifadəsini dinlədiyini deyib.

Avstraliyanın Ali Məhkəməsinin sabiq hakimi Kirbi Şimali Koreyanın hansı rəsmiləri və bu ölkənin hansı təsisatlarının bu kimi əməllərə yol verdiyinin müəyyən ediləcəyini deyib.

Araşdrımalarda iştirak etməkdən imtina edən Şimali Koreya dəlillərin ona düşmən Yaponiya Cənubi Korea və ABŞ kimi ölkələr tərəfindən saxtalaşdırıldığını iddia edir.

Şimalın tənqidlərini rədd edən Kirbi iddiaların müdafiə məqsədi daşıdığını deyib.
XS
SM
MD
LG