Accessibility links

ABŞ-da kitab biznesləri nəinki yaşayır, hətta çiçəklənir [Video]


ABŞ-da kitab biznesləri nəinki yaşayır, hətta çiçəklənir
please wait

No media source currently available

0:00 0:03:11 0:00

ABŞ-da kitab biznesləri nəinki yaşayır, hətta çiçəklənir

Amerikalıların kitab dükanlarına getməsi əsrlərdir adi hal olub. Amma son 20 il ərzində kitabların online-da daha ucuz qiymətə satışı kitab mağazalarına necə təsir edir? Məlum olub ki, kitab biznesləri nəinki, yaşayır, hətta çiçəklənir.

Belə mağazalardan biri Politics & Prose artıq 30 ildir Vaşinqtonda fəaliyyətdədir.

Burada kitablarla bağlı diskussiyalar keçirilir, qəhvə içilir və müəlliflər dinlənilir.

Prezident Obama da qızları ilə bu mağazada olub.

On illər amerikalıların rəqəmsal məkanda kitab oxuması, və yaxud online kitab sifarişlərinin artması ilə belə bir təsəvvür yaranıb ki, müstəqil mağazaların sayı azalmağa başlayıb.

Lakin Amerikanın kitab satışı assosiasiyasının rəhbəri Oren Tikerin dediyinə görə, bu heç də belə deyil. “2012-ci ildə bizə üzv mağzaların satışı 8% artmışdı. Eyni artım 2013-də də qeydə alınıb.”

Bu assosiasiya Amerikanın 2200 bölgəsində kitab satan 1600 mağazanı təmsil edir. Tiker deyir ki, müstəqil mağazaların nailiyyəti onların icmalarla əlaqəsindən asılıdır.

Lissa Mukatin bununla tamamilə razıdır. O, Politics and Prose mağazasını həyat yoldaşı Bradli Qrahamla bir neçə il bundan əvvəl alıb. “Həyat təkləndikcə, rəqəmsallaşdıqca, anonimləşdikcə, insanlar təmas axtarır. Kitab mağazalarının təmas üçün digər təsisatlardan daha uyğun bir olduğuna inanıram."

Mağaza müştərilərinin arzusuna uyğun xidmətlər göstərir. “Yerimizi böyütmüşük, ədəbiyyat dərsləri verir, ekskursiyalar təşkil edirik. Mağazada kitab nəşr edən makinamız da var. Müəlliflərlə daha sıx təmasda oluruq.”

Buraya gələn balaca Oliverin böyüdükdən sonra əsl və ya elektron kitab oxuyacağından asılı olmayaraq, onun oxuculara belə bir mesajı var. “Kitab oxumağa davam edin!”
XS
SM
MD
LG