Accessibility links

L’Étranger Urmiyədə Yabançı, Təbrizdə isə Özgə adı ilə nəşr edilib

Bu yaxınlarda Fransa yazıçısı Alber Kamyunun (Albert Camus) məşhur “L’Étranger” əsəri iki fərqli tərcüməçi tərəfindən Azərbaycan türkcəsinə çevrilərək Təbrizdə Özgə, Urmiyədə isə Yabançı adı ilə nəşr edilib.

Bilim Səsi veb səhifəsinə istinadən, Urmiyəli yazar Hüseyn Vahidinin tərcüməsi Yabançı adı ilə həmin şəhərdə fəaliyyət göstərən Buta nəşriyyatı tərəfindən çapa hazırlanıb.

Təbriz şəhərində isə Kamyunun əsəri Özgə adı ilə və yazar Məhəmməd Rəhmanifər tərəfindən türkcəyə çevirilib və yayımlanıb.

Alber Kamyu Azərbaycan Respublikası və Türkiyədə bundan öncə YadYabancı adları ilə tərcümə edilmiş məşhur romanı 1942-ci ildə yazıb. Roman bir çox dillərdə nəşr edildiyi kimi bir neçə kinofilm, o cümlədən, 2001-ci ildə Türkiyədə çəkilmiş Yazgı filminin də süjetinin əsasında olub.

XS
SM
MD
LG