Accessibility links

ABŞ-da Cəmil Həsənlinin monoqrafiyası nəşr olunub


Cəmil Həsənlinin ABŞ-da monoqrafiyası nəşr olunub
Cəmil Həsənlinin ABŞ-da monoqrafiyası nəşr olunub

Əsər Stalinin ölümündən sonra Sovet Azərbaycanında cərəyan edən siyasi prosesləri əks etdirir

ABŞ-ın Harvard Universiteti Azərbaycan tarixçisi, professor Cəmil Həsənlinin “Xruşşov mülayimləşməsi və Sovet Azərbaycanında milli özünüdərk, 1954-1959” (Khrushchev’s Thaw and National Identity in Soviet Azerbaijan, 1954–1959) adlı monoqrafiyasını nəşr edib. Bu barədə Amerikanın Səsinə Cəmil Həsənli bildirib.

Onun sözlərinə görə monoqrafiya uzun illərdir fəaliyyət göstərən “Harvard Soyuq Müharibə Araşdırmaları Kitab Seriyasında” (The Harvard Cold War Studies Book Series) çap olunub.

Seriyanın redaktoru rofessor Mark Kramerdir.

Əsər Stalinin ölümündən sonra Sovet Azərbaycanında cərəyan edən siyasi prosesləri əks etdirir.

Belə ki, kitabda Xruşşov reformaları, Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayının qərarları, Kreml rəhbərliyində baş verən siyasi çəkişmələrin milli respublikalarda, o cümlədən Sovet Azərbaycanında necə qarşılanması yer alıb.

Əsərin müəllifinin sözlərinə görə bu monoqrafiyadan aydın olur ki, SSRİ Müdafiə naziri, marşal Jukovun azərbaycanlıların ali hərbi akademiyalara qəbul olunmasını qadağan edən gizli əmri olub.

“Məhz, SSRİ Müdafiə nazirliyinin gizli təlimatları əsasında ötən əsrin 50-ci illərinin ortalarında xaricdə dislokasiya edilən Sovet ordu hissələrində və desant ordusunda yalnız rus, ukrayna və belorus millətindən olan çağrışçılar xidmət edə bilərdi. Digər Sovet millətlərindən olan gənclər, o cümlədən azərbaycanlı hərbi çağrışçılar bu ordu hissələrində xidmət etmələri qadağan olunmuşdu”, o bildirib.

Kitabda Azərbaycan dilinin dövlət dili olması, 1956-cı ildə respublika konstitusiyasına “Dövlət dili” haqqında xüsusi maddə ələvə edilməsi də əksini tapıb.

Kitabın üz qabığının arxa hissəsində tanınmış Amerika alimlərinin əsər və onun müəllifi haqqında fikir və mülahizələri yer alıb.

Massaçüsettes Amherst Universitetinin professoru, azərbaycanşünas professor Audrey Alstadt yazır:

“Həsənlinin yeni kitabı Azərbaycan tarixinin az işlənmiş, lakin mühüm bir dövrünə işıq salır. Stalinin ölümündən sonra 1950-ci illərdə siyasi həyatda və milli düşüncədə bir canlanma hiss edilirdi.

Doktor Həsənli bu canlanmanı təsvir edir, ədəbiyyat və incəsənət sahəsində Stalin qurbanlarına münasibətdə Kommunist Partiyası daxilində gedən siyasi müzakirələri tədqiq edir. Bu kitab milli sarsılmazlıq haqqında tutumlu bir tarix hekayəsidir: ayrı-ayrı personalların şəxsi hekayəsi, var olmaq, xəyanət və itkilər, siyasi döyüşlər hekayəsi. Həsənli öz arqumentləri ilə Azərbaycanı siyasətin Sovet kontekstində milli siyasətlə məşğul olan sovet alimləri arasında daha çox populyar “milli quruculuq” tezisinə qarşı qoymuşdur”.

Kitab haqqında qafqazşünas alim, Vaşinqtondakı Karneqi fondunun baş elmi işçisi Thomas de Waal qeyd edir:

“Sözün dəqiqliyi ilə desək Cəmil Həsənli Azərbaycanın çox ünlü bir tarixçisidir. Bax, biz yenidən onun arxiv mənbələri ilə zəngin orjinal və cəlbedici bir işinin şahidiyik.

Bu dəfə onun kitabı Xruşşov yumşalması dövründə Azərbaycan tarixşünaslığında boş qalmış yeri doldurur. Xruşşov yumşalması və Sovet Azərbaycanında milli özünüdərk, 1954-1959: kim Qafqazın XX əsr tarixi ilə maraqlanırsa onların hamısı tərəfindən hökmən oxunmalıdır”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG