Accessibility links

Amerikanın müsəlman konqresmeni


Konqres seçkiləri Amerika seçicilərinin İŞİD-lə bağlı narahatlıqlarının vüsət aldığı vaxta təsadüf edir. Prezident Obamanın Suriya və İraqdakı militantları hədəf alması və amerikalı müsəlmanlardan bəzilərinin bu təşkilata qoşulması bəzi Demokrat namizədləri pis vəziyyətə salıb. Kit Ellison Birləşmiş Ştatlar Konqresinə seçilmiş ilk müsəlmandır.

Kit Ellison Konqresə 2006-cı ildə, İraq müharibəsinə qarşı çıxan Demokrat kimi gəlib. Hazırda öz yerini beşinci dəfə saxlamağa çalışan cənab Ellison hazırda prezidentin İŞİD-ə qarşı mübarizəsini dəstəkləyənlərdəndir. “Çətindir. Mən İŞİD-in hədə olduğunu düşünürəm. Lakin onu da düşünürəm ki, İŞİD-lə mübarizənin yolu təkcə müharibə deyil. Onlara neft satışı dayandırılmalıdır.Onlara maliyyə yardımı kəsilməlidir. Türkiyədən və ya digər regionlardan hərbi qüvvələrin keçiməsinin qarşısı alınmalıdır. İraq hökumətində təriqətçiliyə son qoyulmasına çalışılmalıdır. İŞİD-I yalnız belə zəiflətmək olar.”

İŞİD yaraqlılarının arasında təxminən 100-ə qədər amerikalı var ki, onalrdan azı 10 nəfəri Kit Ellisonun təmsil etdiyi Minnesota ştatının Minneapolis şəhərindəndir. “Biz gənclərimizə başa salmalıyıq ki. əgər onlar din naminə nəsə etmək istəyirlərsə, imkansızlara yardım etsinlər. Onlar Amerikanın ictimai həyatında iştirak etməlidirlər. Onlar ABŞ-ın hər hansı qanununu tənqid edə bilərlər, lakin bu, qanun çərçivəsində olmalıdır. Səsvermə yolu ilə həyata keçirilməlidir. Xarici düşmənlə bir araya gəlib öz vətənlərinə qarşı çıxmaq qəbuledilməzdir.” deyə, o bildirir.

Cənab Ellisonun Respublikaçı oponenti Daq Dagget isə Suriyada İŞİD-ə qoşulan bəzi Somali mənşəli amerikalıların Demokratların yürütdükləri siyasətin qurbanlarına çevrildiklərini deyir. “Bu, narahtlılara səbəb olur. Somali amerikalılarının Minneapolisdə böyük icması var və onalrın liderləri mənə iş yerlərinin və təhsilin olmadığını, eləcə də heç bir ümid yerinin olmadığınl dedilər. Onalr konqresmen Ellisonun kifayət qədər iş gördüyünə inanmırlar. O, elə bil yox idi.”

Kit Ellison ilk konqresmen idi ki, adniçmə mərasimində əlini Qurana qoyaraq and içmişdi. “Müsəlman olmaq ona Amerikanın siyasi həyatında çətin olubmu?” sualına Ellison belə cavab verir:

“Əksinə, çətinliklər mənə daha da mətin olmağa kömək edib. Mən duanın gücünə inanıram. Haradasa baş verən cinayətdə İslamın adının hallanması məni məyus edir. Arabir anti-İslam sentimentləri ilə üzləşirəm, amma bunlar kiçik şeylərdir və məni narahat etmir.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG