Accessibility links

27 qəzetə birdəfəlik yardım ayrılıb


Qəzetlər
Qəzetlər

İyulun 25-də Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu prezident İlham Əliyevin iyulun 21-də qəzetlərə birdəfəlik yardım üçün ayırdığı 1 milyon manat vəsaiti 27 qəzet arasında bölüb.

Fondun məlumatına görə, 19 qəzetin hər biri 40 min manat, 8 qəzetin isə hər biri 30 min manat alacaq.

Məlumatda deyilir ki, maliyyə yardımı respublikada uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə verilib.

Yardım ayrılan qəzetlər arasında ölkənin ən çoxtirajlı qəzetlərindən olan, hökuməti kəskin tənqidləri ilə fərqlənən “Azadlıq”, 2015-ci ildə nəşrini dayandırmış, ölkədə tanınmış ictimai-siyasi nəşr sayılan “Ayna-Zerkalo” qəzetləri yoxdur.

Yerli KİV ekspertləri hesab edir ki, birdəfəlik yardım ayrılan qəzetlər əsasən rəsmi, iqtidaryönümlü və digər qəzetlərdir.

XS
SM
MD
LG