Accessibility links

Qəzetlərə yardım ayrılıb - 60 min də alan var, 9 min də


KİVDF-nin qəzetlərə yardım siyahısı
KİVDF-nin qəzetlərə yardım siyahısı

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2015-ci ilin I yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihələrlə bağlı qərar qəbul edib. Bu barədə KİVDF-nin rəsmi saytı məlumat yayıb.

Şura ölkədə fəaliyyət göstərən 33 qəzetin tirajinın, dövriyəsinin və yayımının müsabiqənin şərtlərinə cavab verdiyini nəzərə alaraq, onlara 2015-ci ilin birinci yarısı üçün 1.234.000 manat maliyyə yardımı ayırıb. Maliyyə yardımı ayrılan qəzetlərin siyahısında ölkənin aparıcı qəzetlərindən biri olan “Azadlıq” qəzeti yoxdur.

Beləliklə, “Kaspi”, “Yeni Azərbaycan”, “Səs”, “Mövqe”, “Ədalət”, “525-ci qəzet”, “Bakı-Xəbər”, “Yeni Müsavat”, “Kaspiy”, “Ekspress”, “Palitra” qəzetlərinin hər birinə 60 min manat, “Paralel”, “Həftə İçi”, “Azad Azərbaycan”, “Şərq”, “Xalq Cəbhəsi”, “Futbol+Qol”, “Bizim Yol”, “Olaylar” qəzetlərinin hər birinə 40 min manat, 4 qəzetə 30 min,digərlərinə isə 20 min manatdan 9 min manatadək yardım ayrılıb.

Yerli müşahidəçilər yardım ayrılan qəzetlərin əksəriyyətinin iqtidaryönümlü olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG