Accessibility links

Rusiyanın Krımda hərbi bazanı ələ keçirməsindən bir gün sonra nümayişçilər Azadlıq Meydanınına toplaşıb

Rusiya qüvvələrinin Krımda Ukrayna hərbi bazasını ələ keçirməsindən bir gün sonra Ukraynada nümayişçilər Kiyevin Azadlıq Meydanına toplaşaraq birliyə çağırıb.

Ukraynanın ərazi bütövlüyünün qorunmasının tərəfdarı olan nümayişçilər bayraqlar dalğalandıraraq, son həftələr Rusiya ilə Ukrayna arasında yaşanan münaqişəyə etirazlar zamanı həlak olanların xatirəsini anıblar.

Ölkənin şərqindəki Donetsk şəhərində isə Rusiya tərəfdarı nümayişçiləri administrasiya binasının önünə toplaşaraq Kiyevə sadiq yerli qubernatorun istefasına çağırıblar.

Bununla yanaşı, NATO-nin yüksək rütbəli komandiri Brüsseldəki çıxışı zamanı Ukraynadakı vəziyyətdən danışıb. NATO-nun Ali Müttəfiqlər komandiri olan ABŞ Hərbi Hava Qüvvələri generalı Filip Bridlav deyib ki, Rusiya hərbi təlimlər adı altında öz qoşunları Ukrayna ilə sərhədə yerləşdirib.
XS
SM
MD
LG