Accessibility links

Xristian, müsəlman və yəhudi dinlərini təmsil edən universitet (video)

  • Amerikanın səsi

Xristian, müsəlman və yəhudi dinlərini təmsil edən universitet (video)

Xristian, müsəlman və yəhudi dinlərini təmsil edən universitet (video)

Klaremont Lincoln universiteti ilk çoxdinli akademik müəssisə olması ilə qürur duyur. İlahiyyat üzrə təhsil üçün bu, yeni modeldir. Yeni universitet dinlərarası tədqiqat və müsəlman rəhbərliyinə aid magistr dərəcəsi təklif edir. Bundan başqa universitet özünün üç təsis müəssisəsi üçün mərkəz funksiyasını daşıyır. Bu müəssisələr Klaremont Teoloji məktəb, Kaliforniyada Yəhudi Akademiyası və Kaliforniyanın cənubunda İslam mərkəzidir. Bu müəssisələrdən birində təhsil alan tələbələr o biri iki universitetlərdə də dərslər götürə bilərlər.

İslam məktəbi ilkin mərhələdədir. Mərkəz gələn il imam tədris proqramını da təsis edəcək. Deyvid Linkoln Klaremont Linkoln universitetində idarə heyyətinin sədridir. O, və onun həyat yoldaşı yeni universitetin yaradılmasına 50 milyon dollar verib.

Xristian, müsəlman və yəhudi dinlərini təmsil edən universitet (video)

Xristian, müsəlman və yəhudi dinlərini təmsil edən universitet (video)

Deyvid Linkoln: “Din insanları dünyada sülhə təşviq edəcək, müharibəyə yox. Bir çox yerdə hal-hazırda dini qarşıdurma yaşanır və düşünürəm ki, dinlər özləri bu problemin həllinə kömək edə bilərlər və problem aradan qalxar”

Müəllim Ceri Kampbel Klaremont İlahiyyat Məktəbinin prezidentidir. O, deyir ki, bu yeni yanaşma nəinki Amerikanı daha təhlükəsiz yer edəcək bu eyni zamanda Amerikada demokratiyanı möhkəmləndirəcək.

Cerri Kampbel: “Əgər biz bizə bənzər olmayan qonşularımızı sevə bilməsək, əgər biz onları olduqları kimi qəbul edə bilməsək onda bizim ölkədə insanlar necə bərabər yaşayacaqlar?”

Bu gün bir az əvvəl müəssisədə yenilik olub. Belə ki, Jain tədqiqat beynəlxalq məktəbi bu yaxınlarda qisa müddətli mübadilə proqramı və seminarlar həyata keçirəcək. Jain Hindistanda azlıqların dinidir.

Müəllim Kampbelin sözlərin görə Klaremont Linkoln universiteti hal hazırda Bahai etiqadının nümayəndələri ilə də danışıqlar aparır və daha da fərqli və çox dinləri müəssisəyə cəlb edəcəklərinə ümid edir. O, deyir ki, məqsəd dünya insanlarını bir araya gətirmək və dinin şəfa, mərhəmət və sülh mənbəyi olduğunu təbliğ etməkdir.

XS
SM
MD
LG