Accessibility links

VİP DENTAL özəl stomatoloji klinikada ölüm hadisəsi baş verib


VİP DENTAL” özəl stomatoloji klinikada ölüm hadisəsi baş verib

VİP DENTAL” özəl stomatoloji klinikada ölüm hadisəsi baş verib

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bakı şəhər Prokurorluğu Bakıda stomatoloji klinikada baş verən ölüm faktı ilə bağlı məlumat yayıb.

Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, dekabrın 5-də paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “VİP DENTAL” özəl stomatoloji klinikada Məmmədov Elçin üzərində keçirilən cərrahiyyə əməliyyatı zamanı ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, klinikada həkim-stomatoloq kimi fəaliyyət göstərən Hüseynov Baxış qeyd edilən tarixdə ona müraciət etmiş E.Məmmədovun çənə nahiyyəsində cərrahiyyə əməliyyatı apararkən sonuncunun səhhəti qəflətən pisləşib və həyatının xilas edilməsi üçün tibbi yardım göstərilməsinə baxmayaraq vəfat edib.

E.Məmmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə zəruri ekspertizalar təyin edilib, eyni zamanda klinikanın fəaliyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG