Accessibility links

Klinton: "Tramp prezidentliyə yararsızdır" [Video]


ABŞ-ın altı ştatında praymerilərin keçirilməsinə artıq bir neçə gün qalıb və prezidentliyə Demokrat namizəd Hillari Klintonla rəqibi Berni Sanders arasında rəqabət qızışır. Cümə axşamı Kaliforniyada güclü xarici siyasət çıxışında Klinton öz təcrübələrinə əsaslanaraq deyib ki, respublikaçı namizəd Donlad Trampı prezident seçmək “tarixi bir səhv” olacaq.

Donald Trampın fikirləri sadəcə fərqli deyil, onlar təhlükəli dərəcədə məntiqsizdir. Onlara hətta fikir də demək olmaz, onun fikirləri boş-boş danışıqlar, şəxsi ədavət və açıq-aşkar yalanlardan ibarətdir.

İyunun 2-də qeyd olunan Silahlı Zorakılıqlar Əleyhinə kampaniyanın simvolu olan narıncı rəngdə köynək geyinən Hilları Klinton San Dieqodakı auditoriyasına Trampın bilik, sabitlik və böyük məsuliyyət tələb edən vəzifəyə gəlməyə hazırlıqsız və “xaraktercə yararsız” olduğunu deyib.

“Donald Trampın fikirləri sadəcə fərqli deyil, onlar təhlükəli dərəcədə məntiqsizdir. Onlara hətta fikir də demək olmaz, onun fikirləri boş-boş danışıqlar, şəxsi ədavət və açıq-aşkar yalanlardan ibarətdir,” deyə Klinton bildirib.

Sabiq dövlət katibi deyib ki, kobud danışan biznesmenə nüvə kodlarını etibar etmək olmaz, çünki o birisi onu qıcıqlandırdığı üçün ölkəni müharibəyə apara bilər.

“Bu kişi deyib ki, Səudiyyə Ərəbistanı daxil olmaqla bir çox ölkə nüvə silahlarına sahib olmalıdır. Bu kişi bizim NATO-dakı müttəfiqlərimizi tərk etməklə hədələyib. Həmin ölkələrlə biz terrorçuları yerli-köklü aradan qaldırmağa çalışırıq.”

Klinton həmçinin qeyd edib ki, Tramp bankrot olduğu kazinoları kimi ABŞ iqtisadiyyatını da məhv edəcək.

Hillari Klinton və Donald Tramp

Hillari Klinton və Donald Tramp

Tramp bu sözlərə dərhal Tvitter vasitəsilə cavab verərək, Klintonun çıxışını “pis” adlandırıb və prezidentliyə uyğun olmadığını bildirib.

Yaxın zamanadək bir çox Respublikaçı demokratlar qədər Trampı da tənqid edirdi. Amma onun ictimai dəstəyi artdıqca, bir çoxları Respublikaçılar partiyasının prezidentlik uğrunda mübarizədə qalib gəlməsi üçün Trampı yeganə şans olaraq görür.

Cümə axşamı Konqresdə ən yüksək vəzifəyə sahib olan respublikaçı, Nümayəndələr Palatasının spikeri də Trampın namizədləyini dəstəkləyib.

“Donald Tramp və mənim aramda bir sıra fikir ayrılıqlarının olduğu sirr deyil. Bəzən biz bir-iki məsələ üzərində mübahisə də etmişik. Bu, mümkündür. Respublikaçılar arasında bu baş verir. Amma indi əsas məsələ budur: biz noyabrda güclü nəticə göstərə bilmək məqsədilə partiyamızı bir araya gətirəcək proses başlada bilərikmi?”

Hillari Klinton hələ də Demokratlar Partiyasından prezidentliyə namziədlik uğrunda Vermont senatoru Berni Sanderslə yarışır.

XS
SM
MD
LG