Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton Cənubi Sudan və Uqandaya səfər edir


ABŞ dövlət katibi Hillari Klinton 10 günlük səfəri çərçivəsində Afrikanın Cənubi Sudan və Uqanda ölkələrinə səfər edir. Səfər zamanı regional təhlükəsizlik məsələsinin müzakirəsinə diqqət veriləcək. Amerika Uqandada 20 ildən artıq sabitsizlik yaradan müqavimət ordusuna qarşı mübarizədə o ölkəyə hərbi məsləhətlərlə yardım etmişdi.

ABŞ Dövlət katibi Hillari Klinton Afrika liderlərinə xəbərdarlıq edib ki, xalqın hüquqlarına hörmət etmədikləri halda, hakimiyyəti itirəcəklər.

Xanım Klinton Afrika ölkələrinə 11 günlük səfərin ilk dayanacağı olan Seneqalın paytaxtı Dakarda universitetdə tələbələr qarşısında çıxış edib.

ABŞ Dövlət katibi qeyd edib ki, afrikalılar nemətlərin kiçik elitanın əlində cəmləşdiyi, xalqın isə yoxsulluq içində yaşadığı ölkələrdə dəyişiklik etməyi tələb edir. O, demokratik islahatları dəstəkləməyən Afrika liderlərini tənqid edib.

Onun sözlərinə görə, fərqli düşünən insanları repressiyaya məruz qoyub hakimiyyəti əldən verməyən və xalqın hesabına varlanan liderlər tarixin yanlış tərəfindədir.

Xanım Klinton ABŞ-ın Afrika üçün yeni strategiyasını təşviq edərək, bunun iqtisadi inkişaf, sülhün və təhlükəsizliyin davam etdirilməsi və demokratik təsisatların gücləndirilməsindən ibarət olduğunu deyib. Cənubi Sudanda dövlət katibi prezident Salva Kiirlə görüşüb, ABŞ-ın dünyanın ən gənc ölkəsinə dəstəyini nümayiş etdirəcək.
XS
SM
MD
LG