Accessibility links

Hillari Klinton Afrika liderlərini demokratiyaya hörmət etməyə çağırır


Xanım Klinton Afrika ölkələrinə 11 günlük səfərinin ilk dayanacağı olan Seneqaldadır

ABŞ Dövlət katibi Hillari Klinton Afrika liderlərinə xəbərdarlıq edib ki, xalqın hüquqlarına hörmət etmədikləri halda, hakimiyyəti itirəcəklər.

Xanım Klinton Afrika ölkələrinə 11 günlük səfərin ilk dayanacağı olan Seneqalın paytaxtı Dakarda universitetdə tələbələr qarşısında çıxış edib.

ABŞ Dövlət katibi qeyd edib ki, afrikalılar nemətlərin kiçik elitanın əlində cəmləşdiyi, xalqın isə yoxsulluq içində yaşadığı ölkələrdə dəyişiklik etməyi tələb edir. O, demokratik islahatları dəstəkləməyən Afrika liderlərini tənqid edib.

Onun sözlərinə görə, fərqli düşünən insanları repressiyaya məruz qoyub hakimiyyəti əldən verməyən və xalqın hesabına varlanan liderlər tarixin yanlış tərəfindədir.

Xanım Klinton ABŞ-ın Afrika üçün yeni strategiyasını təşviq edərək, bunun iqtisadi inkişaf, sülhün və təhlükəsizliyin davam etdirilməsi və demokratik təsisatların gücləndirilməsindən ibarət olduğunu deyib.

ABŞ prezidenti Barak Obama Afrika ilə bağlı yeni strategiyanı iyun ayında açıqlamışdı.

Dövlət katibi Klinton çərşənbə günü mart ayında seçkidə qələbə çalmış yeni prezident Maki Salla görüşüb. O, Seneqalı Qərbi Afrikada demokratiya modeli adlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG