Accessibility links

Dövlət katibi Klinton Malaviyə dəstək bildirib


Xanım Klinton Malavinin ilk qadın prezidenti Coys Banda ilə görüşüb

ABŞ Dövlət katibi Hillari Klinton Malavidə prezidenti Coys Banda ilə görüşüb. Afrika turu çərçivəsində bu ölkəyə səfər edən xanım Klinton prezident Banda və Malaviyə dəstəyini ifadə edib.

ABŞ Dövlət katibi eyni zamanda, Malavi prezidentinə onun aprel ayında vəzifəsinin icrasına başladığı vaxtdan həyata keçirdiyi islahatlardan razılığını bildirib. O deyib ki, bu islahatlar yoxsul ölkənin iqtisadiyyatının yaxşılaşdırımasına xidmət etir. İslahatların həyata keçirilməsi Birləşmiş Ştatların Malaviyə yardımı bərpa etməyə sövq etmişdir.

Malavinin ilk qadın prezidenti olan xanım Banda onların hər ikisinin qadınlar və uşaqların hüquqlarını müdafiə etdiyini bildirib. O, Dövlət katibi Klintona bir gün onunla görüşmək arzusunda olduğunu deyib.

ABŞ Dövlət katibi Hillari Klinton Afrikaya 11 günlük səfərdədir. Malavidən sonra o, Cənubi Afrika, Nigeriya, Benin və Qanaya səfər edəcək.

Səfər başladığı vaxtdan xanım Klinton Seneqal, Uqanda, Cənubi Sudan və Keniyada olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG