Accessibility links

Hillari Klinton Avstraliyadadır


ABŞ dövlət katibi Hillari Klinton hərbi və siyasi əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə Avstraliyaya səfər edib.

Avstraliyada təşkil edilən sammit öncəsi xanım Klinton o ölkənin baş naziri Culiya Gillardla görüşməlidir. Daha sonra o, ABŞ-ın müdafiə naziri Leon Panetta ilə bərabər sabah işinə başlayacaq sammitə qatılacaq.

Tədbir Amerikanın Asiyada hərbi mövcudluğunu balanslaşdıracağını bəyan etməsidən sonra keçirilir. Bu plana əsasən ABŞ 2500 əsgərdən ibarət dəniz qüvvəsini Avstraliyanın şimalındakı bazaya yerləşdirəcək.

Görüşün gündəliyində Amerikanın Avstraliya bazalarından daha geniş istifadəsi, habelə regional təhlükəsizlik məsələləri yer alacaq.

Tərəflər Əfqanıstan müharibəsinin başa çatdırılması yollarını da gündəmə gətirəcək. Astraliya 1550 nəfər hərbi personalı ilə NATO-dan sonra Əfqanıstanda ən böyük qüvvəyə malik olan ölkədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG