Accessibility links

ABŞ prezident seçkilərində demokrat namizəd Hillari Klinton Cənubi Karolina ştatında keçən praymeridə qəti qələbəsi ilə partiyadan nominasiya almaq üçün öncül mövqeyini möhkəmlədə bilib. Onun rəqibi Berni Sanders Klintondan üç dəfə az səs alıb.

Berni Sandersin kampaniyası açıqladığı bəyanatda Hillari Klintonu qələbə münasibətilə təbrik edib.

Praymerinin nəticələri təəccüb doğurmayıb. Klinton nominasiya prosesində ABŞ-ın ilk cənub ştatında səsvermədə iştirak edən demokratların səslərinin demək olar dördə üçünü alıb.

Cənubi Karolinada seçici

Cənubi Karolinada seçici

Klinton bundan əvvəl Demokrat partiyasından nominasiya almaq üçün Ayovada, Nyu Hempşir və Nevada ştatlatında keçirilmiş ilkin seçkilərdən sonra irəlidə gedir və çərşənbə axşamı səsvermədən öncə aparılmış rəy sorğuları onun öncül statusunu möhkəmlətdiyini göstərir.

Son rəy sorğularına görə Vermont senatoru Klintondan təxminən 30 faiz geridə qalır. Sandersin bu fərqi azalda bilib-bilməyəcəyi sual olaraq qalır.

Qrinvildə Furman universitetinin siyasi elmlər professoru Cim Qutun sözlərinə görə, Cənubi Karolina ştatında qələbə Klintonun azlıqlar arasında populyarlığının göstəricisidir.

ABŞ prezident seçkilərində demokrat namizəd Berni Sanders

ABŞ prezident seçkilərində demokrat namizəd Berni Sanders

"Bu, ona dəstəyin, xüsusilə də afro amerikalılar arasında dəstəyin daha da möhkəmləndiyi deməkdir. Onlar praymeridə səs verənlərin əksəriyyətini təşkil edir"-deyə o bildirib.

Cənubi Karolina ştatında praymeri ABŞ-ın bir sıra ştatlarında partiyarlardan nominasiya almaq üçün olduqca mühüm "super çərşənbə axşamı" (Super Tuesday) adı ilə tanınan ilkin seçkilərdən öncə keçirilib.

Martın birində səsvermə zamanı Demokrat partiyasından nümayəndələrin dörddə birinin səsləri uğrunda mübarizə gedəcək. ABŞ-ın 11 ştatında seçicilər hər iki siyasi partiyanın prezidentliyə namizədin nominasiya ediləcəyi qurultayına göndəriləcək nümayəndələri seçəcək. Bu gün buna görə həm Respublikaçılar, həm də Demokratlar üçün böyük əhəmiyyət daşıyır.

XS
SM
MD
LG