Accessibility links

ABŞ dövlət katibi bundan öncə Qüdsdə İsrailin baş naziri ilə danışıqlar aparıb

ABŞ dövlət katibi Hillari Klinton Ramallahda Fələstin prezidenti Mahmud Abbas da daxil olmaqla, fələstinli liderlərlə görüşüb. Onun daha sonra Misir prezidenti Məhəmməd Mursi ilə Qahirədə görüşü nəzərdə tutulub.

Bu arada, Qəzza zolağında hava və raket hücumları bu gün davam edib. İsrail təyyarələri Qəzza zolağına gecədə təxminən 30 hücum həyata keçirib.

Dünən axşam xanım Klinton Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə iki saat bölgədə yaranmış gərginliyi müzakirə edib. Daha sonra onlar müxbirlərin suallarını cavablandırıb.

Böhranın sülh yolu ilə həllində maraqlı olduğunu bildirməklə yanaşı cənab Netanyahu sərt mövqe nümayiş etdirib. O deyib ki, diplomatik yolla məsələnin üzün-müddətli həllinə nail olmaq mümkündürsə İsrail sülh yolunu seçəcək. Əks halda is. İsrail nəyin bahasına olursa-olsun vətəndaşlarını müdafiə edəcək.

Klinton deyib ki, İsrailin təhlükəsizliyi ABŞ üçün prioritetdir və İsrailə qarşı terrorçu hücumlara son qoyulmalıdır.
XS
SM
MD
LG