Accessibility links

Hillari Klinton demokratiyanın inkişafına mane olan ekstremistlərə qarşı birləşməyə çağırıb


ABŞ dövlət katibi Hillari Klinton Nyu Yokrda yerləşən Klinton Qlobal Təşəbbüs Təşkilatının illik forumunda çıxış edərək, dünyanı Şimali Afrika və Yaxın Şərq ölkələrində demokratiyanın inkişafına mane olan ekstremist qüvvələrinə qarşı birləşməyə çağırıb.

Xanım Klinton deyib ki, bu qüvvələrə müqavimət göstərilməlidir.
O,dünya liderlərinin birliyinin terrorizmlə mübarizədə əsas amil olduğunu bildirib. ABŞ dövlət katibi ekstremistlərin parçalama səylərinin gücləndiyini vurğulayıb.

Hillari Klinton illərlə diktatorlar tərəfindən idarə edilən ölkələrdə demokratik hərəkatın vüsət aldığını deyib. Lakin o, demokarik ideyaların həyata tətbiqinin bu ölkələrdən asılı oldunu bildirib.

ABŞ dövlət katibi Hillari Klinton Nyu Yorkda BMT-nin Baş Assambleyasının yığıncağına toplaşan dünya liderləri ilə görüşlər keçirir.

Sabah ABŞ prezidenti Barak Obama BMT-də çıxış etməlidir.
BMT-nin baş katibi Ban Gi Mun dünya liderlərinin çıxışlarında Suriyanın əsas yer alacağını deyib.
Baş Assambleyanın toplantısına 120 ölkə rəhbəri qatılacaq.
XS
SM
MD
LG