Accessibility links

Klinton "email qalmaqalı" ilə bağlı ifadə verib


ABŞ-da Demokrat Partiyasının prezidentliyə ehtimali namizədi Hillari Klinton dünən Federal Təhqiqat Bürosunun rəsmiləri ilə görüşüb. Kampaniya sözçüsü deyib ki, görüş xanım Klintonun dövlət katibi olan zaman şəxsi email serverindən istifadə etməsi barədə olub.

Təxminən 3 saat yarım davam edən sorğu-sual FBI-ın Vaşinqtondakı baş qərargahında baş tutub.

“Xanım Klinton dövlət katibi olan zaman özünün emailləri ilə bağlı könüllü ifadə verib” – deyə prezidentliyə namizədin kampaniya sözçüsü Nik Merril email vasitəsilə mediaya yazıb: “İstintaq prosesesinə hörmət əlaməti olaraq o, sorğu-sual olunması barədə əlavə şərt verməyəcək”.

Görüş ABŞ baş prokuroru Loretta Linçin Klintonun şəxsi email serverindən istəfadəsini araşdıran Ədliyyə Nazirliyi əməkdaşları və federal agentlərdən məsləhətləri qəbuk edəcəyi bəyan etməsinən sonra keçirilib.

FBI-ın tezliklə istintaqı başa çatdıracağı gözlənilir. Hüquq ekspertləri deyib ki, Demokratların ehtimali namizədinə qarşı kriminal ittihamları irəli sürülməsi istisna edilmir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG