Accessibility links

Federal Təhqiqatlar Bürosu iyul ayında Hillari Klintonun dövlət katibi olduğu zaman şəxsi emailindən istifadə etməsi ilə əlaqədar dindirilməsinə aid qeydləri paylaşandan iki gün sonra Klinton və Tramp kampaniyaları amerikalıların hansı namizədə etibar edə bilməsi bağlı bir-birlərinə qarşı kəskin ifadələr işlədib.

"17 min 448 email baş müfəttişə təhvil verilməyib. Bundan əlavə 33 min email də silinib," deyə Donald Trampın kampaniya meneceri Keleyan KonveyABC tele şirkətinə müsahibədə bildirib.

Hillari Klintonun ictimailəşdirilməsini istədiyi bu qeydlər açıq bir şəkildə FBI-ın niyə əlavə cinayət işinə ehtiyac görmədiyini göstərir. Donald Tramp isə söz verdiyi halda vergi deklarasiyalarını ictimaiyyətə açıqlamır.

"Hillari Klintonun ictimailəşdirilməsini istədiyi bu qeydlər açıq bir şəkildə FBI-ın niyə əlavə cinayət işinə ehtiyac görmədiyini göstərir," deyə vitse-prezidentliyə Demokrat namizəd Tim Keyn bildirib. "Eyni zamanda isə Donald Tramp söz verdiyi halda vergi deklarasiyalarını ictimaiyyətə açıqlamır," deyə o əlavə edib.

Federal Təhqiqatlar Bürosu cinayət tərkibli qanun pozuntusunun aşkar edilmədiyini elan etsə də, yeni qeydlər aylardır Klintonu təqib edən email qalmaqalını yenidən diqqət mərkəzinə gətirib.

Klinton 20 dəfədən çox deyib ki, o, dövlət katibi olduğu dövrdə apardığı elektron yazışmanın detallarını xatırlamır. Səlahiyyət müddətində o, rəsmi işlər üçün şəxsi emailindən istifadə edib. FBI tamamilə silinən serverdən yalnız emaillərin bir qismini bərpa edə bilib.

FBI qeydlərinə əsasən, Klinton aldığı bəzi emaillərdə gizli məlumatların olduğundan xəbərsiz olduğunu deyib, çünki orada qeyd olunan "C" hərfinin "classified" yəni məxfi mənasına gəldiyini bilmirmiş.

"Sabiq ABŞ senatoru, keçmiş birinci xanım və dövlət katibi olan bir şəxs "C"-nin "classified demək olduğunu bilməlidir," deyə Konvey bildirir.

FBI xarici qurumların Klintonun dövlət katibi olduğu zaman göndərdiyi və ya aldığı məxfi emaillərə çıxış əldə edib-etmədiklərindən əmin olmadığını bildirib.

Hillari Klinton

Hillari Klinton

Ancaq əgər söhbət məxfi materialların yanlış insanların əlinə keçməsindən gedirsə, Keyn iddia edir ki, indiyədək bu məsələ ilə bağlı ən yolverilməz hərəkət Donald Trampın Rusiyanı Klintonun itən emaillərini tapmağa çağırması olub.

FBI 58 səhifəlik qeydləri cümə günü Donald Trampın Meksikaya səfəri və böyük immiqrasiya çıxışından iki gün sonra ictimaiyyətə açıqlayıb.

Rəy sorğularının çoxu Klintonun Trampdan öndə getdiyiNi göstərsə də, bu fərqin azaldığı müşahidə edilir və amerikalıların əksəriyyəti həm Klinton, həm də Trampı güvənilməz olaraq görür.

XS
SM
MD
LG