Accessibility links

Ədliyyə Nazirliyi Klintonun emailləri ilə bağlı istintaqı sürətləndirəcəyini bildirir


ABŞ-ın Ədliyyə Nazirliyi Hillari Klintonun emailləri ilə bağlı yenidən başlayan istintaqı “mümkün qədər sürətli” bir şəkildə aparmaq üçün Federal Təhqiqatlar Bürosu (Federal Bureau of Investigation-FBI) ilə əməkdaşlıq edir.

Ötən cümə günü FBI direktoru Ceyms Komi Konqresi hüquq-mühafizə orqanlarının keçmiş konqresmen Antoni Vinerin kompyuterində aparılan axtarış zamanı Klintonun aşkar edilmiş emaillərini araşdıracağı barədə məlumatlandırıb.

Viner Klintonun baş müşaviri Huma Abedinin ondan ayrı yaşadığı həyat yoldaşıdır. O, 15 yaşlı qıza seksual xarakter daşıyan emailler göndərməkdə ittiham olunur. Viner və Abedinin eyni kompyuterdən istifadə etdiyi mümkündür.

Kominin dediyinə görə, müstəntiqlər aşkar edib ki, bu yazışmaların Hillari Klintonun dövlət katibi olduğu dövrdə göndərdiyi və aldığı emaillərlə bağlı istintaqla əlaqəsi ola bilər.

FBI istintaqı iyul ayında başa çatdırmışdı. Komi demişdi ki, Klintonun şəxsi email ünvanından istifadə etməsi ehtiyatsızlıq olsa da, cinayət deyil.

Klinton yeni email təhqiqatı ilə bağlı bazar ertəsi Ohayoda şərh verib.

Prezidentliyə respublikaçı namizəd Donald Tramp Kominin yeni qərarını alqışlayıb.

Komi müstəntiqlərin yeni istintaqın başlanmasına səbəb olan emaillər barədə heç bir məlumat paylaşmayıb. Bu məsələ seçki gününə çox az qalmış bir vaxt üzə çıxdığı üçün bir çox demokrat və respublikaçı baş verənləri anlamağa çalışır.

Email qalmaqalının yenidən gündəmə gəlməsindən bəri Ağ Ev uğrunda mübarizənin daha gərgin xarakter almasına baxmayaraq, rəy sorğularına görə Klinton hələ də ölkə üzrə Trampdan 3 faiz irəlidədir.

XS
SM
MD
LG