Accessibility links

ABŞ Dövlət Departamenti ilk dəfə olaraq keçmiş Dövıət katibi Hillari Klintonun evdə işlətdiyi kompyuter serverində 22 tamamilə məxfi email olduğunu və bu yazışmaların ictimaiyyət üçün açıqlanmayacağını bildirib.

Dövlət Departamentinin sözçüsü Con Körbi deyib ki, bu materiallara 37 səhifəlik yazışmadan ibarət yeddi email daxildir. Onun sözlərinə görə bu emaillər ictimaiyyat üçün açıqlanmayacağını deyib. Dövlət Departamenti Klintonun ölkənin baş diplomatı olduğu zaman bir çox emaillərini ictimaiyyət üçün açıqlayıb.

Con Körbi bildirib ki, sənədlər email vasitəsilə göndərildiyi zaman məxfi kateqoriyasına daxil edilməyib və sonradan ABŞ-ın kəfşiyyat rəsmilərinin müraciəti əsasında məxfi sənəd kimi klassifikasiya olunub. Dövlət Departamentinin rəsmiləri Klintonun serverinə göndərilən zaman materialların məxfi kateqoriyasına daxil edilib-edilmədiyini müəyyənləşdirir. Hillari Klinton məxfi sənəd kimi klassifikasiya edilmiş sənədləri qəbul etmədiyini dəfələrlə təkrar edib.

Ayova kokusu

Bu inkişaflar 2016-cı il prezident seçkilərində Demokrat partiyasından nominasiya almaq üçün yarışlarda öndə gedən Klintonun Ayova ştatında mühüm seçki tədbirinə qatılmasına üç gün qalmış baş verir. Ayova kokusu Demokrat və Respublikaçılar partiyalarından noyabr seçkilərində prezident Obama hakimiyyətdən getdikdən sonra onu Ağ Evdə əvəz edəcək liderin seçilməsi üçün vahid namizədin irəli sürülməsi prosesində hər bir ştatda keçiriləcək ilk səsvermədir.

Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klinton Ayova ştatında seçicilərlə görüşür

Demokrat partiyasından prezidentliyə namizəd Hillari Klinton Ayova ştatında seçicilərlə görüşür

Klinton Demokrat partiyasından nominasiya almaq üçün öndə gedir, lakin Ayova ştatında onunla özünü müstəqil demokrat sosialist adlandıran Vermont senatory Berni Sanders arasında fərq olduqca kiçikdir.

Sanders Klintonun emailları ətrafında mübahisələrə dittəq verməsə də, Respublikaçılar partiyasından namizədlər rəsmi işində şəxsi email hesabından istifadə etdiyinə görə Klintonu daim kəskin tənqid atəşinə məruz qoyur. Bəzi namizədlər ona qarşı təhlükəsizliyin pozulması ilə bağlı cinayət işinin qaldırılmasına çağırır.

Başqa namizədlərin reaksiyası


Respublikaçılar partiyasından namizəd,Florida ştatından senator Marko Rubio bu həftə cümə axşamı respublikaçıların debatı zamanı deyib ki, Hillari Klintonun prezident kimi birinci işi "özünü əvf etməsi olacaq."

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp Ayova ştatında seçki kampaniyası zamanı

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp Ayova ştatında seçki kampaniyası zamanı

Respublikaçı namizədlər arasında irəli gedən milyardçı, daşınmaz əmlak maqnatı Donald Tramp Tvitter hesabında belə bir mesaj göndərib:"Belə zəif mühakiməsi olan bir nəfər bizim gələcək prezidentimi ola bilərmi?"

Klintonun şəxsi email hesabı

Hillari Klintonun prezident Obamanın birinci dönəm hakimiyyəti dövrdə 2009-cu ildən 2012-ci ilə qədər Dövlət katibi vəzifəsində çalışıdığı zaman şəxsi email hesabından istifadə etdiyinə görə mübahisələrin diqqət mərkəzindədir.

O, Dövlət Departamentindən mübahisələrə son qoymaq üçün emaillərini açıqlamasını istəmişdi, lakin rəsmilərin yazışmalar zamanı məxfi sənədlərin olub-olmadığını araşdırması aylar sürür.

ABŞ Dövlət Departamentinin rəsmiləri bildirib ki, şəxsi email hesabından istifadə olunması qadağan edilməyib və Hillari Klinton heç vaxt öz email hesabında məxfi sənədləri paylaşmayıb. Lakin tənqidlər bildirir ki, bu yolla Klinton şəxsi yazışmalarını gizlədə bilər və onun rəsmi iş üçün Nyu York ətrafında yaşadığı evində istifadə etdiyi şəxsi kompyuter xarici ölkələrdə hakerlərin hücumuna məruz qaa bilərdi.

Hillari Klinton əvvəl özəl serverdən istifadənin daha əlverişli olduğunu desə də, sonradan bunun yanlış olduğunu etiraf edib.

XS
SM
MD
LG