Accessibility links

Klinton Fondu vergi sənədlərində səhvə yol verildiyini açıqlayıb


Məsələ Hillari Klinton üçün ciddi problem yarada bilər

Klinton fondu Hillari Klintonun dövlət katibi olduğu dövrdə xarici dövlətlərdən alınmış ianələrin maliyyə hesabatında səhvlərə yol verildiyini etiraf edib. Məsələ prezidentlik kampaniyasına başlayan Klinton üçün ciddi problem yarada bilər.

Bazar günü verdiyi bəyanatda fondun icraçı direktorunun səlahiyyətlərini yerinə yetirən Maura Palli fonda daxil olmuş iaənələri nəzərdən keçirdikdən sonra keçən bir neçə ilin vergi səndələrini yenidən doldurmalı olduğunu bildirib.

O deyib ki, vergi səndələrində fondun ümumi gəliri düzgün qeyd edilib, lakin xarici ianələr fondun veb-səhifəsində bu haqda məlumatın düzgün yazılmasına baxmayaraq, digər iaənələrin siyahısında qeyd edilib.

Siyasi tənqidçilər Klinton fondunun şəffaflığından şübhələnir. Maura Pally isə bütün dünya boyu yoxsulluqla mübarizə və səhiyyə sahələrində təşəbüssləri həyata keçirən fondun ianələrinin açıqlanmasında tam şəffaf hərəkət etdiyini bildirib.

Donorların siyahısına Səudiyyə Ərəbistanı, Norveç, Avstraliya və Dominikan Respublikasından 10-25 milyon dollar arasında ianələr daxildir. Küveyt, İrlandiya və Hollandiya 5-10 milyon dollar, Qətər və Birləşmiş Ərəb Əmirlikləri isə hər biri 1-5 milyon dollar arasında ianələr edib.

XS
SM
MD
LG