Accessibility links

Açıqladığı yeni video mesajda Demokrat partiyasından ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton bildiri ki, "gələcək qadınlarındır".

Klinton buna misal olaraq keçən ay milyonlarla qadının Qadın Yürüşünə çıxdığı nümayişləri qeyd edib.

Dünyanın irəliyə çıxıb səsini ucaldacaq qadın liderə ehtiyacı var.

Video mesaj Kaliforniyada qadın liderliyi məsələlərinə həsr edilmiş MAKERS konfransı tərəfindən hazırlanıb.

Hillari Klinton deyib ki, dünyanın "irəliyə çıxıb səsini ucaldacaq qadın liderə" ehtiyacı olduğunu deyib. O, konfrans iştirakçılarından gələcəklə və qadın hüquqları, imkanlar və dəyərlərin saxlanacacağı ilə bağlı narahat olan qadınlar və qızlara nümunə olmalarını istəyib.

Üç gün sürəcək MAKERS konfransında siyasi liderlər, Hollivud və biznes aləminin tanınmış simaları iştirak edir.

XS
SM
MD
LG