Accessibility links

Klintonun vitse-prezident seçimi Virciniya senatoru Tim Keyndir


Demokrat partiyasının prezidentliyə ehtimali namizədi Hillari Klinton və vitses-prezidentliyə namizəd Tim Keyn
Demokrat partiyasının prezidentliyə ehtimali namizədi Hillari Klinton və vitses-prezidentliyə namizəd Tim Keyn

Demokrat partiyasının ehtimali namizədi Hillari Klinton Virciniya senatoru Tim Keyni vitse-prezidentliyə namizəd olaraq seçib.

"O heç bir seçkidə məğlub olmayıb. O, dünya səviyyəsində tanınan mer, qubernator və senator, eləcə də ən yüksək ehtiram göstərilən senatorlardan biridir" Hillari Klinton CBS tele kanalına bildirib.

Demokrat partiyasının veteran siyasətçisi olan Keyn Twitter səhifəsində yazdığı mesajda bu seçimdən böyük şərəf duyduğunu və şənbə günü Hillari Klintonla Mayamidə birgə seçki tədbirində iştirak etməsini səbirsizliklə gözlədiyini bildirib. Onun Florida ştatında Mayami unviersitetində tədbirdə iştirakı gözlənilir.

Minnesota ştatında anadan olmuş 58 yaşlı Keyn Harvard universitetinin hüquq fakültəsini bitirib. Prezident Barak Obama da eyni fakültənin məzunudur.
Harvardda təhsil aldığı müddətdə o, bir il təhsildən ayrılıb və Hondurasda katolik missioner kimi çalışıb.

Keynin tərcüməyi halına əsasən, o, Mərkəzi Amerikada yoxsulluq şəratini yaxından izləyib və yoxsulluğun insanların həyatına göstərdiyi təsirlərin şahidi olub. Onun bidirdiyinə görə, orada olduğu müddətdə aldığı təcrübə onun Birləşmiş Ştatlara sənədsiz gələn miqrantlara vətəndaşlıq verilməsinə dəstəyinə səbəb olub. Onun bu mövqeyi latino seçicilərin dəstəyinin qazanılmasına kömək edə bilər.

Keyn siyasi karyerasına 1994-cü ildə Virciniya ştatının Riçmond şəhərində şəhər şurasının üzvü kimi başlayıb. O, sonradan şəhərin meri, 2002-ci ildə Virciniya ştatının vitse-qubernatoru və 2006-cı ildə qubernatoru seçilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG