Accessibility links

ABŞ dövlət katibi Cənub-şərqi Asiya ölkələrinin xarici işlər nazirləri ilə görüşəcəyi Laosdadır. Hillari Klinton Laosun xarici işlər naziri Tongloun Sisoulitlə Laosun Ümumdünya Ticarət Təşkilatına üzvlük və Vyetnam müharibəsindən bəri zərərsizləşdirilməmiş silahlar məsələsini müzakirə edib.

Dövlət katibi deyib ki, biz keşmişin faciəsi izlərinin silinməsində birgə iş aparırıq. Xanım Klinton 1964-1975-ci illər ərzində Amerika tərəfindən atılan 580000 kaset bombardmanının qurbanlarına yardım edən kooperativi ziyarət edib.

O, ABŞ-ın 23000 hektarlıq ərazidən bir milyon bombanın təmizlənməsinə yardım etdiyini deyib.

Tərəflər ətraf mühitin mühafizəsi və investisiya qoyuluşu məsələsini müzakirə edib.

Bundan əvvəl Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Vyetnamda insan hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.

Çərşənbə axşamı xarici işlər naziri Fam Binh Minhlə paytaxt Hanoyda görüşü zamanı Klinton fəallar, hüquqşünaslar və blogerlərin həbs olunmasından xüsusi narahatlığını ifadə edib.

Nyu-Yorkda yerləşən Human Rights Watch təşkilatı Klintonu Vyetnam rəsmilərilə görüşündə internet azadlığı məhdudiyyətlərinin əsas problem olduğunu vurğulamasını istəyib.

Dövlət katibi Laosa Yaponiya və Monqolustannın da daxil olduğu Asiya səfəri çərçivəsində gedib. Hillari Klinton həftə sonu Kambocaya gedəcək.
XS
SM
MD
LG