Accessibility links

Klintonun kampaniyasının açıqladığı bəyanatda işlə bağlı aparılmış 9 təhqiqatın heç birində onun yanlışlığa yol verdiyinə dair dəlilin tapılmadığı bildirilir

Klintonun kampaniyası Liviyanın Benqazi şəhərində həlak olmuş iki əsgərin ailələri tərəfindən onun məhkəməyə verilməsindən sonra bazar ertəsi bəyanatla çıxış edib.

Əsgərlərdən biri, Şon Smitin anası Patrisia Smit və digər əsgər Tayron Vudsun atası Çarlz Vuds oğullarının ölümündə Hillari Klintonun ehtiyatsızlığının payının olduğunu iddia edirlər. Belə ki, onlar Klintonun dövlət katibi oldğu dövrdə şəxsi emaillərdən istifadə etməsinin gizli məlumatların yaraqlılara açıq olması ehtimalını əsas gətiriblər.

Məhkəmə iddiasında deyilir ki, "Klintonun gizli informasiya ilə ehtiyatsız davranışı nəticəsində islamçı terrorçular səfir Kristofer Stivensın harada olması və eləcədə ABŞ Dövlət Departamenti və digər hökumət orqanlarının Liviyada Benqazidə əməliyyatları haqda həssas məlumatı əldə edə və bunun əsasında 2012-ci il il sentyabrın 11-də məlum hücumu təşkil edib, planlaşdırıb və törədə bilib."

Respublikaçıların başçılığı ilə iki il davam edən və iyunda başa çatmış təhqiqat Klintonun bu hücumla əlaqədar olaraq hansısa bir yanlışlığa yol verdiyinə dair heç bir dəlil aşkar etməyib.

Klinton kampaniyasının sözçüsü Nik Merril məhkəmə iddiasına cavab olaraq bəyanatla çıxış edib. “Heç kəs Benqazidə itirdiyimiz cəsur amerikalıların ailələrinin keçirdiyi hissləri təsəvvür edə bilməz. Bu hücumla bağlı 9 təhqiqat aparılıb və bunların heç birində Hillari Klinton tərəfindən yanlışlığa yol verildiyinə dair heç bir dəlil əldə edilməyib,” deyə bəyanatda qeyd edilib.

XS
SM
MD
LG