Accessibility links

Hillari Klintonun nominasiya əldə edəcəyi gözlənilir


ABŞ-ın prezident yarışları çərşənbə axşamı günü Kaliforniya ştatında son praymeri ilə başa çatır.

Ən çox əhalisi olan ştatda keçiriləcək praymeri Hillari Klintonla Berni Senders arasında partiyalarının nominantını müəyyən edəcək.

Trampa bizi parçalamasına yol verməyəcəyik

​Son rəy sorğularına görə,Kaliforniyada yarışlar olduqca gərgin keçəcək. Klinton və Sanders nominasiya uğrunda ciddi mübarizə aparır. Onların hər ikisinin də hədəfində respublikaçı namizəd Donald Tramp yer alır.

"Donald Trampın ideyaları yalnız fərqli deyil, təhlükəli dərəcədə əlaqəsizdir"- deyə Klinton bildirib.

“Real problemlərə cavab olmadıqda, insanları anlamaz yerinə qoyur. Biz Trampa bizi parçalamasına yol verməyəcəyik” -deyə cümə kampaniyası zamanı Vermont senatoru Sanders bildirib.

Berni Sanders
Berni Sanders

Tramp isə öz növbəsində buna cavab olaraq Klintonun dövlət katibi vəzifəsində ikən email qalmaqalına bir daha toxunub.

“Hillari Klinton həbs edilməlidir. Məncə o, gecələr yata bilməyənlərə nitqlərini satmaqla yaxşı pul qazana bilər”-detə Tramp sözünə davam edib.

Tramp federal hakimin ona qarşı qərəzli olduğunu və bunu onun Meksika əsilli olması ilə izah edib.

Donald Tramp
Donald Tramp

Tramp Konresin nüfuzlu respublikaçı nümayəndələrinin dəstəyini qazanıb. Lakin onların əksəriyyəti milyarder namizədin çıxışlarının hüdudu olmadığından gileylənir.

Təhlilçilərin fikrincə, nominasiya əldə edəcəyi təxmin edilən Klintonla Tramp arasında yarış ruh yüksəkliyi ilə müşayiət edilməyəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG