Accessibility links

Klinton: Rusiya belə görünür, seçkiyə müdaxilə etməyə çalışır


ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton
Demokrat partiyasının Milli Komitəsinin kompyuterlərinə Rusiya kəşfiyyat xidmətinin hakerləri tərəfindən müdaxilə edildiyini bildirib və prezidentliyə respublikaçı namizəd Donald Trampı Rusiya prezidenti Vladimir Putini dəstəkləməkdə günahlandırıb.

"Donald Tramp Rusiya prezidenti Vladimir Putinə dəstək göstərməyə çalışdığını nümayiş etdirib. O, xarakter baxımından ali baş komandan vəzifəsinə uyğun deyil"-deyə Klinton bildirib.

Fox News telekanalına verdiyi müsahibədə Klinton Putinin Respublikaçıların nominantı Donald Trampın Ağ Ev uğrunda mübarizədə qələbə çalmasını istədiyini deməsə də, Putin hökumətinin belə görünür seçkiyə təsir göstərməyə çalışdığını bildirib.

Cümə axşamı Demokrat partiyasının qurultayında prezidentliyə rəsmən nominasiya aldıqdan sonra ilk müsahibəsində o deyib ki, Rusiya prezidenti

Vladimir Putin hökumətinin "məqsədli şəkildə seçkilərə təsir göstərməyə çalışması" milli təhlükəsizliklə bağlı məsələlər qaldırır.

Amerika tarixində prezidentliyə ilk qadın namizəd olan Hillari Klinton noyabr ayında seçkidə respublikaçı namizəd Donald Trampla yarışacaq. Seçkinin qalibi yanvar ayında hakimiyyət müddəti bitəcək prezident Barak Obamanı bu vəzifədə əvəz edəcək.

XS
SM
MD
LG