Accessibility links

Klinton Savçenkonun dərhal azad edilməsinə çağırıb


ABŞ prezidentliyinə demokrat namizəd, keçmiş dövlət katibi Hillari Klinton Rusiyada həbs edilən Ukrayna hərbçisi Nadya Savçenkonun dərhal azad edilməsinə çağırıb. Klintonun cümə axşamı açıqladığı bəyanatında o, “dünyanın başqa yerlərində səslərə qoşularaq Ukrayna siyasətçisi və hərbi hava qüvvələrinin keçmiş zabiti Nadya Savçenkonun qeyri-qanuni və ədalətsiz həbsdən dərhal azad olunmasına” çağırdığını bildirib.

Nadya Savçenko
Nadya Savçenko

“Nadya 2014-cü ilin iyun ayında Ukraynanın şərqində Rusiya tərəfdarı döyüşçülər tərəfindən saxlanılıb və qeyri-qanuni olaraq Rusiyaya gətirilib. O vaxtdan Nadya saxta ittihamlar əsasında saxlanılır. Rusiya ona qarşı bütün ittihamları götürməli və onu dərhal azad etməlidir. Rusiya eyni zamanda, Ukraynanın şərqində minlərlə insanın ölümü, 1.5 milyon insanın məcburi köçkün olması ilə nəticələnmiş münaqişəyə son qoymaq üçün Minsk razılığına əsasən üzərinə götürdüyü öhdəliklərə sadiq qalmalıdır” - deyə bəyanatda bildirilir.

Hillari Klinton bildirib ki, o “hər zaman qadınların hüquqlarını müdafiə edib, ədalətsizlikdən əziyyət çəkən insanlara dəstək verdiyi kimi” Nadya Savçenko və Ukrayna xalqı ilə bir dayanır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG