Accessibility links

Hillari Klinton terrorçuluğa qarşı mübarizə strategiyasını açıqlayıb


ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton dünən Minnesota ştatının Minneapolis şəhərində terrorçuluğa qarşı mübarizə strategiyasından danışıb.

“İlk növbədə biz İŞİD-in ABŞ-da, əsasən də internet vasitəsi ilə insanları sıralarına cəlb etməsinin qarşısını almalıyıq. İkinci, cihadçıların xaricdə təlim almalarını və xarici terrorçuların ölkəyə gəlmələrinin qarşısını almalıyıq. Üçüncüsü, hücumlar törədilməzdən əvvəl aşkar edilməlidir. Dördücü, hücumların qarşısını almaq naminə həyatlarını riskə atan hüquq- mühafizə orqanlarının işçilərini dəstəkləməyimiz lazımdır. Və beşincisi, radikalizasiyaya qarşı mübarizədə öndə olan Amerikadakı müsəlman icmalarını dəstəkləməyimiz lazımdır” – deyə xanım Klinton bildirib.

Minneapolis ABŞ-da müsəlman icmaların yaşadığı ən böyük şəhərdir. Burada Somali də daxil olmaqla, minlərlə mühacir məskunlaşıb.

Klinton hər bir terrorizm əleyhinə strategiyaya ötən beş il ərzində İŞİD-ın fəal olduğu regionlardan gəlmək istəyən insanlara viza verilməsinin sərtləşdirilməsinin vacibliyini vurğulayıb.

O, eyni zamanda silah satışının məhdudlaşdırılmasına çağırıb. Belə ki, bu ayın əvvəli Kaliforniya ştatının San Bernardino şəhərində 14 nəfəri öldürən, 22-sini isə yaralayan cütlük silahları qanuni yolla əldə etmişdi.

XS
SM
MD
LG