Accessibility links

Təhlilçilərin çoxu ilk debatda Klintona Trampdan daha artıq üstünlük verir


ABŞ prezidentliyinə namizədlər Hillari Klinton və Donald Tramp aralarında ilk debatdan sonra kampaniya marafonunu davam etdirir. Müstəqil təhlilçilərin böyük hissəsi debatdan sonra Hillari Klintonun üstünlük qazandığını və noyabrın 8-də prezident seçkilərindən öncə onun ölkə üzrə rəy sorğularında irəliyə çıxmasına yol açacağını düşündüklərini bildirir.

Debatdan əvvəlki rəy sorğuları iki namizəd arasında az fərqlə kəskin rəqabətin olduğunu göstərirdi. Rəy sorğularına əsasən, demokrat Klinton respublikaçı Trampdan iki faiz irəlidədir.

Lakin Atlantada Emori universitetində siyasi təhlilçi Alan Abramoviç və sorğular üzrə təhlilçi Neyt Silver Klintonun debat boyu Trampı müdafiə vəziyyətində saxlaya bildiyi üçün daha iki faiz irəliyə çıxacağını gözlədiklərini bildirib. Klinton debat boyu Trampı gəlir vergilərini ödəməkdən imtina etməsi, tikdirdiyi qolf meydançaları və kazinolarda müqavilə üzrə çalışanlara əmək haqqı verməməsi və qadınlara qarşı təhqiramiz ifadələr işlətməsinə görə tənqidlərə məruz qoyub.

Jurnalistlər Hofstra universitetində prezidentliyə namizədlər arasında debatı izləyir

Jurnalistlər Hofstra universitetində prezidentliyə namizədlər arasında debatı izləyir

"Onun rəy sorğularında göstəricilərinin artdığını görsəm təəccüblənmərəm. O, bir az da irəliyə çıxa bilər. Bu, fikrimcə, Tramp üçün çətinlik yarada bilər"-deyə Abramoviç Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, bu, respublikaçı namizədin ümumi seçki yolu ilə deyil, ştatbaştat səsvermə yolu ilə müəyyən edilən ABŞ prezident seçkilərində seçki kollegiyasında səslərin çoxunu qazana bilməsini çətinləşdirə bilər.

Abramoviç Klintonun debatda davranışını yüksək qiymətləndirərək, onun müxtəlif məsələlər ətrafında fikri mübadiləsi aparmağa qadir olduğunu deyib. O, Trampın irq və gender məsələləri ilə bağlı diskussiya aparmaqda çətinlik çəkdiyini düşündüyünü bildirib.

"Onun rəy sorğularında göstəricilərinin artdığını görsəm təəccüblənmərəm. O bir az da irəliyə çıxa bilər. Bu, fikrimcə, Tramp üçün çətinlik yarada bilər"-təhlilçi Alan Abramoviç

Corc Vaşinqton universitetində siyasi elmlər üzrə mütəxəssis Con Sayds isə bildirib ki, media nümayəndələrinin əksəriyyəti Klintonun Trampdan daha yaxşı çıxış etdiyini hesab edir. "Mediada konsensusun seçicilərin debata baxışlarının formalaşdırılmasında roluna dair dəlilin olması Klintonun debatdan Trampdan daha çox bəhrələnə biləcəyini deməyə əsas verir"-deyə o bildirib.

Bununla belə, Donald Trap Fox xəbər agentliyinə müsahibədə daha yaxşı çıxış etdiyini deyib. O növbəti debatda Klnintona "daha ağır zərbə" endirə biləcəyini əlavə edib.

ABŞ prezidentliyinə namizədlər arasında bir sıra tele kanllara tərəfindən canlı yayımda nümayiş etdirilən ilk debatı 81 milyondan çox insan izləyib. Milyonlarla insan debatı internet vasitəsilə izləyib.

XS
SM
MD
LG