Accessibility links

ABŞ prezidentliyinə namizədlər Orlandoda kütləvi qətl hadisəsinə reaksiya bildirib


ABŞ prezidentliyinə namizədlər Hillari Klinton və Donald Tramp

ABŞ prezidentliyinə namizədlər Hillari Klinton və Donald Tramp

Hillari Klinton müsəlmanları pisləmək istəmədiyini deyib, Tramp demokratları ekstremizmə dair yumşaq ritorikada ittiham edib

ABŞ prezident seçkilərində aparıcı namizədlər Amerika tarixində ən qanlı kütləvi qətl hadisəsindən sonra hücumun qurbanlarının ailə üzvlərinə baş sağlığı bildirib.

Bazar günü Florida ştatının Orlando şəhərində gey klubunda qanlı atışma zamanı 49 insan həyatını itirib, 53 nəfər yaralanıb. Hücumu törədən silahlı şəxs ABŞ vətəndaşı Ömər Mətin olub. Onun valideynləri ABŞ-a Əfqanıstandan gəlib.

Orlandoda gecə klubunda hücum

Orlandoda gecə klubunda hücum

Demokrat partiyasının prezidentliyə ehtimali namizədi olan Hillari Klinton CNN tele şirkətinə müsahibəsində amerikalıların “terrorizmə və zorakı aktlara qarşı bir komanda kimi birgə işləməli” olduğunu bildirib.

Klinton vətəndaşları bu təhlükəyə qarşı mübarizədə yardım etmək üçün ABŞ-da yaşayan müsəlmanları cəlb etməyə çağırıb. O, silah saxlanması dair qanunlarda islahatların aparılmasının vacibliyini qeyd edib.

Respublikaçılar partiyasından ehtimali namizəd Donald Trampın prezident Barak Obama və digər demokratların müsəlman dininə mənsub olan terrorçuya münasibətdə “radikal” sözünü işlətməməsi ilə bağlı tənqidinə cavab olaraq Hillari Klinton deyib ki, o, sözü işlətməkdən qorxmur, lakin o, “bütöv bir dinə müharibə elan edilməsi”ndən imtina edir. Klinton bunun İŞİD-in işinə yaraya biləcəyini əlavə edib.

Prezident Barak Obama Ağ Evdə Orlandoda gecə klubunda hücumla bağlı bəyanat verir

Prezident Barak Obama Ağ Evdə Orlandoda gecə klubunda hücumla bağlı bəyanat verir

Prezident Obamanın Ağ Evdən etdiyi müraciətdə “radikal” sözünü işlətməməsindən sonra Respublikaçılar partiyasından ehtimali namizəd Donald Tramp Obamanı ekstremizmə münasibətinə görə tənqid edib və onun vəzifəsindən istefa verməli olduğunu deyib.

Hillari Klintonun prezidentlik uğrunda mübarizədə respublikaçı opponenti olacağı gözilənilən Donald Tramp CNN şirkətinə müsahibədə “ölkə daxilində terrorizmin zəif rəhbərliyə görə daha pis şəkil alacağını” deyib. Tramp Suriya qaçqınlarının ABŞ-a daxil olmasının dayandırılmasına dair çağırışını təkrar edərək, ölkəyə minlərlə qaçqının gəldiyini deyib.

Tramp bildirib ki, müsəlmanlar şübhəli görünən insanlar haqda məlumat verməlidir. O, eyni zamanda silah daşımaq hüququna dəstəyini bir daha ifadə edib. “Silah daşıyan insanlar özlərini indi hər zaman olduğundan daha çox qorumalıdır. Əgər gecə klubunda insanlarda silah olsa idi, biz belə bir faciə ilə qarşılaşmazdıq”-deyə o bildirib.

XS
SM
MD
LG