Accessibility links

Hillari Klinton Vyetnama gəlib


Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Vyetnamda insan hüquqlarının qorunmasına çağırıb

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton Vyetnamda insan hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.

Çərşənbə axşamı xarici işlər naziri Fam Binh Minhlə paytaxt Hanoyda görüşü zamanı Klinton fəalların, hüquqşünasların və blogerlərin həbs olunmasından xüsusi narahatlığını ifadə edib.

Nyu Yorkda yerləşən Human Rights Watch təşkilatı Klintonu Vyetnamlı rəsmilərlə görüşündə internet azadlığındakı məhtudiyyətlərin əsas problem olduğunu vurğulamalarını istəyiblər.

Klinton həm də baş nazir Nguyen Tan Dung və həmçinin ABŞ və Vyetnam biznes liderləri ilə danışıqlar keçirməyi planlaşdırır.

Səfər Asiya turunun tərkibində Yaponiya və Monqolustan səfərindən sonra baş verir. O, bu həftəsonu Laos və Kambocaya gedəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG