Accessibility links

Klintonun səhhəti seçki kampaniyasının diqqət mərkəzindədir


Demokrat namizəd Hillari Klinton dincəldikdən sonra qızının evini tərk edərək mətbuat üzvlərini salamlayır
Demokrat namizəd Hillari Klinton dincəldikdən sonra qızının evini tərk edərək mətbuat üzvlərini salamlayır

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton pnevmoniya diaqnozu qoyulduqdan sonra Kaliforniyada seçki kampaniyası tədbirlərində iştirakını təxirə salıb.

Kintonun sözçüsü əvəlcədən planlaşdırılmış səfərin və bazar ertəsi və çərşənbə axşamı günləri iqtisadiyyatla bağlı çıxışların təxirə salındığını bildirib.

Kintonun kampaniyası həkimin cümə axşamı günü davamlı öskürdüyünə görə onu müayinə etdiyini bildirib. Həkim ona antibiotiklər qəbul etməyi və istirahət edib cədvəlini dəyişdirməsini tövsiyə edib.

Trampın reaksiyası

Klintonun respublikaçı rəqibi Donald Tramp Fox xəbər agentliyinə müsahibədə Klintonun tezliklə sağalacağına ümidini ifadə edib. Tramp keçən həftə müayinədən keçdikdən sonra nəticələri açıqlamağa hazırlaşdığını bildirib.

"Ümid edirəm ki, o sağalıb yenidən yoluna qayıdacaq və biz tezliklə onu debatda görəcəyik"-deyə Tramp bildirib.

Namizədlər arasında ilk debat sentyabrın 26-na təyin edilib.

68 yaşlı Hillari Klinton və 70 yaşlı Donald tramp ABŞ prezidentliyinə ən yaşlı namizədlər arasındadır. Bu günə qədər onlar səhhəti ilə bağlı geniş informasiyanı açıqlamayıblar, lakin Klinton Trampdan daha çox məlumat təqdim edib.
Pnevmoniya diaqnozundan sonra bəzi siyasi təhlilçilər hər iki namizədin son illər ərzində sağlamlıqları haqda daha artıq məlumatları açıqlamasına çağırır.

Klintonun pnevmoniya diaqnozu aldığı onun bazar günü Nyu Yorkda 15 il bundan əvvəl Birləşmiş Ştatlara qarşı 11 sentyabr terror hücumlarının ildönümündə iştirakına qədər açıqlanmamışdı. Klinton anım mərasimində iştirakını qəflətən yarımçıq qoyub. Video görüntülərdə onun xüsusi xidmət agentliyinin üzvlərinin köməyi ilə avtomobilə əyləşdirildiyi nümayiş etdirilib.

Demokrat namizəd qızı Çelsinin yaxınlıqdakı mənzilinə aparılıb.

Möhkəmliklə bağlı suallar

ABŞ prezident seçkilərinə iki aydan az bir müddət qalmış Klintonun səhhəti ilə bağlı sualların diqqət mərkəzində olacağı gözlənilir. Tramp Klintonun prezident vəzifəsinin öhdəsindən gəlmək üçün lazımi möhkəmliyə malik olmadığını bildirib. Onun bəzi tərəfdarları isə heç bir sübut olmadan Klintonun 2012-ci ildə yıxılması nəticəsində aldığı beyin zədələnməsindən sonra ciddi xəstə olduğunu iddia edir.

O vaxt həkimlər Klintonun beynində qan laxtası aşkar etmişdi. Lakin həkimlər onun sonradan tam sağaldığını bildirmişdi.

Tramp keçən il həkiminin onun "prezidentliyə seçilə biləcək ən sağlam şəxs" olduğunu iddia etdiyi məktubunu açıqlamışdı.

Lakin həkim sonradan Trampın limuzininin gözlədiyi vaxt bu məktubu beş dəqiqə içində yazdığını etiraf etmişdi.


XS
SM
MD
LG