Accessibility links

Hillari Klinton noyabr seçkilərindən öncə Meksikaya səfər etməyəcək


ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton noyabr seçkilərindən öncə Meksikaya səfər etməyəcəyini bəyan edib. Onun respublikaçı rəqibi Donald Tramp ötən həftə Meksikada olub. Meksika prezidenti Enrike Pena Nieto hər iki namizədi ölkələr arasında münaisibətlərin müzakirəsi məqsədi ilə vətəninə dəvət edib.

Donald Tramp və Meksika prezidenti Enrike Pena Nieto
Donald Tramp və Meksika prezidenti Enrike Pena Nieto

Klinton ABC News-a bildirib ki, o, səfərdənsə vətənində yeni iş yerlərinin açılışına diqqət yetirmək istəyir. O, Trampın Meksika səfərini “utandırıcı beynəlxalq insident” kimi qiymətləndirərək, Trampın bir dövlət başçısı ilə effektiv danışıqların necə aparılmasından xəbərdar olmadığını deyib.

Dünən ABŞ-da Əmək bayramı günü hər iki namizəd yürüşlərini davam etdirib. Klintonla Tramp seçkilərdə böyük əhəmiyyət kəsb edən Ohayo ştatının Klevlend şəhərində fəhlələrlə görüşlər keçirib.

Klinton arada ikən müxbirlərə deyib ki, onun administrasiyası fəhlələrin hüquqları uğrunda mübarizə aparacaq. O, Trampın çoxsaylı iflası və işçiləri ilə pis rəftarına diqqət çəkib.

Biz təhdidlər və hücumları ciddi qəbul etməliyik

Daha sonra demokrat namizəd Rusiyanın ABŞ-ın seçki prosesinə müdaxiləsindən narahatlığını ifadə edib.

"Biz təhdidlər və hücumları ciddi qəbul etməliyik"-deyə Klinton bildirib. O, Trampı rusları əlavə hücumlara təşviq etməkdə günahlandırıb. Klinton Trampın onun elektron məktublarını ifşa etmək çağırışına işarə edib.

ABŞ rəsmiləri Rusiyanın İllinoys və Arizona ştatlarında seçici qeydiyyat sistemlərinə qarşı kiber hücumlarının o ştatlardakı rəsmilərin məlumat bazasını bir neçə günlüyünə bağlanmasına səbəb olduğundan şübhələnir.

Hillari Klinton
Hillari Klinton

Hücumlardan ən pisi İllinoysda baş verib. Belə ki, orada hakerlər 200 min seçicinin sosial təminat və sürücülük vəsiqəsi nömrələri kimi şəxsi məlumatlarına çıxış əldə edib.

Hücumlar Federal Təhqiqat Bürosunun bütün ABŞ boyu seçki rəsmilərinə kompüter təhlükəsizlik sistemlərini gücləndirmələrinə dair xəbərdarlıq verməsinə səbəb olub.

ABŞ rəsmiləri Demokratların Milli Komissiyasına qarşı kiber hücumun Rusiya hökümətinə bağlı adamlar tərəfindən həyata keçirildiyinə dair nəticə çıxarıb. Moskva isə bu ittihamları rədd edir.

Son rəy sorğularına görə, Klinton Trampdan cəmi 4 xal irəlidədir. Demokrat namizəd noyabr seçkilərinin qalibini müəyyən edəcək əsas ştatlarda da üstünlüyünü saxlamaqdadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG