Accessibility links

ABŞ-ın Klivelend şəhərində silahsız iki qaradərilini ölümündə şübhəli bilinən ağ dərili polis zabitinin bəraət almasından sonra baş qaldırmış etiraz aksiyaları zamanı 71 nəfər saxlanıb.

Dünən gecə baş verən etirazlardan sonra bu gün səhər küçələrdə sakitlik hökm sürür. Şənbə günü səhər hakim 137 atəşlik polis hücumunun son 15 gülləsini atan Klivilend polis zabitinə bəraət qazandırmışdı. Hadisə polislərin yüksək sürətlə hərəkət edən avtomobili təqibi zamanı baş verib.

Patrol Xidmətinin əməkdaşı Maykl Brelo şübhəli şəxsin avtomobilinin kapotunun üzərində dayanaraq şüşə siləmlərin arasında silahsız şəxslərə atəş açıb. Ancaq hakim Con O'Donnell Timoti Rasseli və Melissa Uillamsı hansı güllənin öldürməsinin məlum olmadığına dair qərar qəbul edib. Hökmə görə, onların Brelonun yoxsa təqib edən digər 12 zabitin açdığı atəş nəticəsində öldüyünün bəlli olmadığını bildirib.

Cinayət işinə dair hökmün dünən qəbul edilməsinə baxmayaraq Klivelend yanlış ölüm hadisəsinə görə Rassel və Uilliamsın hər birinin ailəsinə 1.5 milyon dollar təzminat ödəyib.

XS
SM
MD
LG