Accessibility links

Klivlend şəhər prokurorluğu sabiq məktəb avtobusu sürücüsü Ariel Kastroya qarşı ittiham irəli sürüb. O, üç qadını oğurlayaraq on il ərzində evində dustaq etməkdə və onları zorlamaqda ittiham edilir.

Hər 3 qadın – Amanda Berri, Cina Dejesus və Mişel Nayt 2002-2004-cü illər arası, yeniyetmə yaşlarında oğurlanmışdır. Berri əsir saxlanıldığı müddətdə indi 6 yaşı olan uşaq dünyaya gətirib.

Kastroya Berrinin qızının oğurlanması da daxil olmaqla dörd ittihamla üzləşib. Polis uşağın kimdən olduğun müəyyən etmək üçün genetic yoxlama aparıldığını deyib.

Rəsmilər Kastronun qadınları fərqli otaqlarda kəndir və zəncirlə bağladığını və gün ərzində onları iki dəfə qaraj və ya evin digər otaqlarına buraxdığını deyib.

Ən azından qadınlardan birinin bir neçə dəfə hamilə qaldığı və usağı itirdiyi deyilir.

Bazar ertəsi Berri kömək üçün fəryad qopararaq qonşuları çağırdıqdan sonra qonşulardan biri Kastronun evinin qapısını sındırıb və qadınları azad edib.

Üç qadından ikisi qısa müddət xəstəxanada nəzarətdən keçirildikdən sonra öz ailələrinə qaytarılıb.

Qadınların ailə üzvləri bu müddət ərzində ailəyə dəstək olan hər kəsə və əməliyyatda iştirak edən polis əməkdaşlarına öz təşəkkürünü bildirdi.

Berri və onun azyaşlı qızı müxbirlərin suallarını cavablandırmadan bacısının evinə daxil olub. Üçüncü qurban Mişel Nayt hələ də yerli xəstəxanada saxlanılır.

Ariel Kastronun həbs edilən digər iki qardaşı, Onil və Pedroya qarşı ittihamlar irəli sürülməyib. Polis onların hadisədə əli olduğu barədə heç bir dəlilin olmadığını və qardaşlarının evində gənc qadınların saxlanıldığı barədə heç bir məlumatın olmadığını deyib.
XS
SM
MD
LG