Accessibility links

Kəşmirdə yağmurlar və amansız sellər 90 nəfərin ölümünə və 100-lə insanın xəsarət almasına səbəb olub


Ladax dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşən səhradır və bu regionda normal hallarda çox az yağış olur

Kəşmirin Hindistanın nəzarət etdiyi hissəsinin rəsmiləri bildiriblər ki, böyük ucqar Ladax dağlıq regionunda gecə yağmurlar və amansız sellər 90 nəfərin ölümünə və 100-lə insanın xəsarət almasına səbəb olub. Polis rəsmiləri bu gün bildiriblər ki, Lehdə xilas əməliyyatı davam edir. Onlar bildirblər ki, Hindistan əsgərləri kömək üçün əraziyə çağırılıblar. Rəsmilər bir neçə ordu mövqelərinin sellərə məruz qaldığını bildiriblər. Kəşmir rəsmiləri yağışların regionun hava limanına zərər vurduğunu bildiriblər. Associated Press məlumat verir ki, regionun telefon qülləsi də zədələnib. Kəşmir rəsmiləri Fransa xəbər agentliyinə daşqının görünməmiş dağıntı törətdiyini bildirib. Ladax dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşən səhradır və bu regionda normal hallarda çox az yağış olur.

XS
SM
MD
LG