Accessibility links

Koalisiya üzvləri antiterror səylərini gücləndirə biləcəkmi? [Video]


Koalisiya üzvləri antiterror səylərini gücləndirə biləcəkmi?
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Çərşənbə axşamı ABŞ dövlət katibi Səudiyyə Ərəbistanlı həmkarı ilə görüş keçirib.

“Vaşinqtonda təşkil edilmiş konfrans çox uğurlu oldu. Tədbirdə sivil dünyanın bu bəlaya qarşı necə səmərəli mübarizə etməli olduğu müzakirə edildi. Biz effektiv olmaq üçün koalisiyanın genişlənməsinə çalışırıq. Səudiyyə Ərəbistanı Suriyada İŞİD-in məğlub edilməsi koalisiyasının təsisçilərindən biridir və biz həmin əraziyə cəlb edilmiş hava qüvvələrinin sayına görə ABŞ-dan sonra ikinciyik.”

Çərşənbə günü keçirilən konfransda Reks Tillerson İŞİD-in tam məğlub edilməsi çağırışını etdi.

“İŞİD-in məğlub edilməsi mövzusunda geniş həmrəylik var. Bu həmrəylik yalnız döyüş meydanında deyil, ondan kənarda da mövcuddur.”

“İŞİD-in məğlub edilməsi mövzusunda geniş həmrəylik var. Bu həmrəylik yalnız döyüş meydanında deyil, ondan kənarda da mövcuddur.”

Dövlət Departamenti sözçüsü Mark Toner bildirir ki, terrorizmlə mübarizədə beynəlxalq səylər çox vacibdir. Belə ki, militantlar bir yerdə məğlub edilsələr də, fəaliyyətlərini başqa bir həssas yerdə davam edirlər.

“Onlar fəaliyyət dairələrini genişləndirməyə çalışacaqlar. Məsələn, Liviya, Əfqanıstan və digər bənzər ərazilərdə. Bunu diqqətdən qaçırmamalıyıq. Biz həm də terrorçuların İnternet fəaliyyətlərinin qarşısı almalıyıq. Onlar yeni döyüşçüləri bu yolla cəlb edirlər.”

Toner əlavə etdi ki, İŞİD həm də bu ölkələrdə yerli terror qruplarının üzvlərini öz sıralarına cəlb edir. Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, ABŞ Pakistandan tələb edib ki, əfqanıstanlı terrorçuların ölkəyə buraxılmamasında daha effektiv olsunlar.

“Dövlət katibi Tillerson bu gün Əfqanıstanın xarici işlər naziri ilə görüşüb və bu mövzuda Pakistanla daha sıx əməkdaşlıq etməli olduqlarını vurğulayıb. Terrorçulara rahat hərəkət etmək imkanı vermək olmaz.”

Toner ABŞ-ın İŞİD-i məğlub etməkdə qərarlı olması ilə bağı Tillersonun verdiyi mesajı təkrar etdi. O bildirdi ki, terrorçuları döyüş ərazisində məğlub etmək kifayət deyil. Tam qələbə üçün terrorçuların maliyyə dəstəyi kəsilməli və üzv toplamaqlarının qarşısı alınmalıdır.

XS
SM
MD
LG