Accessibility links

“Hüquqlar Naminə İdman” Koalisiyası Azərbaycanda jurnalistlərə kütləvi təzyiqləri pisləyir


Hüquqlar naminə idman” koalisiyası - logo

Hüquqlar naminə idman” koalisiyası - logo

Beynəlxalq hüquq müdafiə təşkilatlarının “Hüquqlar Naminə İdman” koalisiyası Azərbaycan hakimiyyətinin misli görünməmiş söz azadlığı və müstəqil KİV-in boğulması dalğası çərçivəsində “Meydan TV” müstəqil onlayn televiziyanın əməkdaşlarına kütləvi təzyiqini pisləyir.

Koalisiyanın bəyanatında reportyor Şirin Abbasovun 30 sutka müddətinə həbs edildiyi, digər telejurnalist Cavid Abdullayevin mənzilində axtarış aparıldığı və onun avadanlığının müsadirə edildiyi xatırladılır.

“Şirin Abbasovun həbsi hakimiyyətin Azərbaycanda müstəqil səslərin boğulmasına yönəlmiş daha bir aktıdır”, deyə İMS-nin icraçı direktoru Yesper Hoyberq bildirib.

Hakimiyyət öz tənqidçilərinin təqibini gücləndirir, qalan azsaylı müstəqil KİV və QHT-lərə təzyiqi artırır. "Azərbaycan hökuməti buna son qoymaq üçün indi tədbirlər görməlidir", deyə o qeyd edib.

Bir müddət əvvəl hakimiyyət “Meydan TV”nin daha üç əməkdaşının ölkəni tərk etməsini qadağan edib. Son günlər “Meydan TV” ilə işləyən üç jurnalist saxlanılıb, onlar Daxili İşlər Nazirliyində Mingəçevir şəhərində iğtişaşların çəkilişi ilə bağlı sorğu-sual edilib.

“Bir müddət əvvəl Tofiq Yaqublu və İlqar Məmmədov da guya İsmayıllı şəhərində iğtişaşların təşkilinə görə buna bənzər metodlarla həbs edilib”, deyə Article 19-un icraçı direktoru Tomas Hyuz bildirib.

“Hüquqlar Naminə İdman” Azərbaycanda müstəqil səslərin boğulmasına yönəlmiş bu əməlləri pisləyir. “Meydan TV”yə təzyiq birbaşa Avropa Oyunlarının tənqidi şəkildə işıqlandırılması, Azərbaycanda korrupsiya və insan hüquqlarının pozulmasının ifşa edilməsi ilə bağlıdır”.

“Hüquqlar Naminə İdman” Şirin Abbasovun, habelə Azərbaycanda həbs edilmiş digər jurnalist və hüquq müdafiəçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır", deyə Article 19, Civil Rights Defenders, CPJ, İnsan Hüquqları Evləri Fondu (HRHF), Index censorship, Beynəlxalq İnsan Hüquqları Federasiyası (FİDH), İMS, Norveç Helsinki Komitəsi və s. tərəfindən imzalanmış bəyanatda bildirilir.

XS
SM
MD
LG