Accessibility links

Kobane yaxınlığında döyüşlərdə atılan mərmi Türkiyədə bir evə dəyib


Suriya sərhədində Kobane şəhəri yaxınlığında kürd döyüşçülər və İslam Dövləti qrupunun yaraqlıları arasında gedən şiddətli döyüşlər zamanı atılmış mərmi Tükiyədə bir evə dəyib.

Hadisə nəticəsində beş nəfər yaralanıb. Şahidlər yaralananların həyatının təhlükədə olmadığını bildirib. Mərminin hansı tərəfədən atıldığı aydın deyil.

Kobane ətrafında döyüşlər üçüncü həftədir davam edir. Türkiyə cəbhə xətti boyu hərbi qüvvələrini yerləşdirsə də, hələlik münaqişəyə müdaxilə etməyib.

Türkiyə qanunvericiləri keçən həftə hərbi qüvvələrin Suriyada və İraqda İslam Dövləti qrupuna qarşı əməliyyatlara qoşulmasına imkan verən qətnaməni təsdiq edib.

XS
SM
MD
LG