Accessibility links

Təbrizdə zavod işçiləri aksiya keçirib


Səkkiz aydır maaş almayan Təbriz Traktor zavodu (Traktorsazi) sənaye makinaları işçiləri Sənaye və Mədən Nazirliyinin Şərqi Azərbaycan şöbəsi önündə etiraz aksiyasi keçirərək gecikmiş maaşları, habelə sığorta haqlarını tələb ediblər.

“250 sənaye makinaları işçisinə səkkiz aydır maaş verilməyib. Bundan əlavə istehsalat xəttinin qapadılması ehtimalı üzündən yaranan qətiyyətsizlik işçiləri narahat edir. Şərqi Azərbaycan məsullarının məsələyə laqeyd yanaşması işçilərə etiraz aksiyasi keçirməkdən başqa çarə buraxmayıb,” deyə qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərən Əmək Koalisiyasının (İşçi Evi) Təbriz şöbəsinin katibi Kərim Sadiqzadə İLNA xəbər agentliyiə müsahibəsində söyləyib.

Sadiqzadənin sözlərinə görə, işçilər geçikmiş maaşları ilə bərabər, sosial sığorta kartının uzadılması və vilayət məsullarının zavodun problemlərinə diqqət göstərməsini tələb edir.

İşçilər həmçinin dekabrın 18-də Şərqi Azərbaycan Valiliyi önündə də bənzər aksiya təşkil etmişdilər.

Əmək Koalisiyasının katibi problemlərin hökümət tərəfindən yürüdülən yanlış siyasət nəticəsində ortaya çıxdığını qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG