Accessibility links

Suriyanın Türkiyə ilə sərhəd Kobani şəhərində qızğın döyüşlər gedir.

Müvəqqəti sakitlikdən sonra şəhəri sıx tüstü bürüyüb, atəş səsləri qonşu Türkiyədə eşidilib.

ABŞ-ın Mərkəzi Komandanlığı Reuters xəbər agentliyinə koalisiya qüvvələrinin İŞİD-ə qarşı 10 hava zərbəsi endirdiyini bildirib. Nəticədə islamçıların 8 mövqeyi dağıdılıb, texniki avadanlıq obyektlərinə ziyan dəyib.

Bazar ertəsindən bəri ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri əksəriyyəti Kobani ərazisi olmaqla, 16 hava hücumu həyata keçirib.

XS
SM
MD
LG