Accessibility links

İraqda İŞİD tərəfindən bu həftə 200 adam qətlə yetirilib


İraq rəsmiləri İŞİD tərəfindən bu həftə 200 adamın qətlə yetiriliyini bildirib. Öldürülənlərin 150-nin Əlbu Nimr şünni müsəlman tayfasının üzvü olduğunu deyilir.

Onların cəsədləri Ramadidə kütləvi məzarda aşkar edilib. Digər 70 nəfərin isə Hit şəhəri yaxınlığında öldürüldüyü bildirilir.

Amerikanın insan haqları qrupu isə cihadçıların iyun ayında 600 məhbusu güllələdiyni bildirib.

Human Rights Watchun məlumatına görə, məhbuslar Badouş həbsxanasında öldürülüb.

Suriya fəallarının bildirdiyinə görə, İŞİD yaraqlıları ilə mübarizədə Suriyadaki kürdlərə yardım üçün gələn ilk dəstə Kobaniyə çatıb. Baş qərargahı Britaniyada yerləşən İnsan Haqlarının Müşahidəsi Qrupu İraq Kürdüstanının Peşmərqə dəstəsindən 10 nəfərin bu gün artıq Türkiyədən keçərək Kobaniyə daxil olduğunu bildirib.

Türkiyə hökuməti keçən həftə İraqın Kürdüstan regionundan 150 nəfərdən ibarət döyüşçünün öz ərazisindən Suriyaya keçməsinə razılıq verib.

Çərşənbə günü də Türkiyənin cənub-şərq bölgəsindəki aeroporta düşən İraqın 50 nəfərə qədər kürd döyüşçüsü Türkiyənin təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Suriya sərhədinə aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG