Accessibility links

Kobani-kürdlərin müstəqillik imtahanı [Video]


İŞİD-lə kürd döyüşçülər arasında Kobani uğrunda qızğın döyüşlər səngimək bilmir. ABŞ son günlər havadan İslam Dövlətinin mövqelərinə çoxsaylı zərbə endirib. Bu arada BMT şəhərin yaraqlıların əlinə keçdiyi təqdirdə yüzlərlə mülki əhalinin kütləvi qırğınlara məruz qalacağı barədə xəbərdarlıq verir.

Yaraqlıların ötən həftə şəhərin mərkəzinə doğru irəliləməsi ilə Kobaninin İŞİD-ın əlinə keçəcəyinə dair narahatlıqlar artmaqdadır. Baxmayaraq ki, ABŞ-ın hava zərbələri kürd döyüşçülərə yardım edir.

Qətərin kral xidmətlərinin rəhbəri Maykl Stefens kürdlərin şəhəri müdafiəsinin əhəmiyyətdən danışır.“Suriya kürdlərinin partiyasının lideri Kobanidə doğulub. Burada emosional bir bağlılıqdan söz gedir. Bundan əlavə siyasi bağlılıq da mövcuddur. Bu, bir növ əldə edilən muxtariyyətin qorunmasında qətiyyət nümayişidir.”

Kobani kürdlərin muxtariyyəti üçün bir imtahan mahiyyəti daşıyır. Bu, Londonun Recents universitetinin professoru İbrahim Sirkeçinin fikridir. “Onlar Kobanidə öz icmalarını yaradıb. Bu, bir növ özünüidarə araşdırmasıdır.”

BMT-inin Suriya üzrə xüsusi nümayəndəsi Staffan Mistura şəhərdə qalan 700 nəfərin risk altında olduğunu bildirib. O, Türkiyəni kürd könüllülərin Kobaninin müdafiəsində iştirakına yol verməyə çağırıb. “Biz Türkiyə rəsmilərinə heç olmasa könüllülərin öz təchizatı ilə şəhərə daxil olmasına, özünümüdafiə əməliyyatında iştirak etməsinə yol verməsini istəyirik.”

Türkiyə kürdləri Ankaranın müqavimətinə etiraz edir. Onlar hökuməti İŞİD-i dəstəkləməkdə günahlandırır. Türkiyənin bir neçə şəhərində qiyamlar insan tələfatı ilə nəticələnib.

PKK kimi tanınan kürd separatistləri uzun müddətdir Kürdüstan hökuməti uğrunda mübarizə aparır. Professor Sirkeçinin dediyinə görə, Ankanı küdrlərin qüvvətlənməsi qorxudur. “PKK-ya dəstək vermək və ya İŞİD əleyhinə mübarizə aparmaq PKK-nın birbaşa gücləndirilməsi deməkdir. Bu, partiyaya Türkiyədə sülh prosesinə dair müzakirələrdə qüdrət vermiş olacaq.

Maykl Stefens deyir ki, Ankara kürdlərin müttəfiq olduqlarına dair Qərbin nöqteyi- nəzərini bölüşmür. “Onların hesablamalarına görə, İŞİD və Suriyada kürd administrasiyasının hər ikisi də düşməndir. İŞİD-in qələbəsi PKK-nın qələbəsindən daha əlverişli ola bilər.”

Türkiyə Suriyaya müdaxilənin NATO tərəfdaşları ilə mümkünlüyünü irəli sürür. Ankara əməliyyatların Bəşar qüvvələri əleyhinə yönəldilməsinin vacibliyini vurğulayır.

Təhlilçilər isə dərinləşməkdə olan münaqişənin həllinin mürəkkəb olacağını proqnozlaşdırır.

XS
SM
MD
LG